Accessibility links

Baş verən bütün hadisə video ilə çəkilib

Leonardo Dikaprio onun avtomobilini vuran qadına yardım edib.

Mini Cooper idarə edən bir qadın Dikaprio və sevgilisi Nina Aqdalın olduğu Reync Rover avtomobilini arxadan vurub.

Baş verən bütün hadisə video ilə çəkilib. Leo və Nina onları vuran qadını avtomobilindən çıxarmağa yardım etməsi, polisin insidentdən sonra hadisə yerinə gəlməsinin hamısı kameraya düşüb.

Hadisədən sonra Leonardo DiKaprio avtomobil sığortasını qadınla bölüşüb. Ən asası odur ki, hadisədə heç kim ciddi xəsarət almayıb.

Leonun Renc Roverinə gəldikdə, avtomobil çox da əzilməyib. Kiçik cızıqdan başqa bir şey olmayıb.

Leonardo yəqin ki, hadisədən sonra onun avtomobilini vuran qadınla zarafat belə edib. Axı Leonun hər vəziyyəti zarafatla yola verir.

XS
SM
MD
LG