Accessibility links

Leonid Kravçuk : SSRİ-ni saxlamaq mümkün olmayacaqdı

  • Amerikanın səsi

Leonid Kravçuk : SSRİ-ni saxlamaq mümkün olmayacaqdı

Leonid Kravçuk : SSRİ-ni saxlamaq mümkün olmayacaqdı

1991-ci il cevriliş cəhdinin 20-ci ildünümü münasibəti ilə Ukraynanın birinci prezidenti Leonid Kravçuk “perestroykanın atası”, Sovet İttifaqının yeganə prezidenti Mixail Qorbaçovun “SSRİ-nin dağılması məhz bu yolla ola bilərdi” sözlərinə tənqidi münasibət bildirib. “Amertikanın səsi”nə müsahibəsində cənab Kravçuk deyib ki, SSRİ-ni saxlamaq mümkün olmayacaqdı. “Mən şəxsən Qorbaçova federasiya əvəzinə konfederasiya yaradılmasını təklif etmişdim. O, bunu qəbul etməmişdi”-deyə o bildirib. 1991-ci il 20 avqust hadisələrinə həsr olunmuş mətbuat konfransında Mixail Qobaçov demişdi: ”Sovet İtifaqını saxlamaq mümkün idi. Lakin köhnə SSRİ-ni deyil. Müstəqil dövlətlər birliyi yaradılmalı idi.”
Leonid Kravçukun fikrincə, totolitarizm, repressiya, aclıq 90-cı illərdə “ciddi dərin proseslərə” yol açmışdı. O vaxtkı siyasi liderlər heç nəyi dəyişə bilməzdilər. “Sovet İttifaqını nə mən, nə Yeltsin, nə də ki, Şuşkeviç dağıdıb. O artıq dağılmaq üzrə idi. Respublikalarda baş verənlər onu göstərirdi ki, xalqlar artıq bu rejim altında yaşamaq istəmir. Cəhdlər oldu. Cevriliş cəhdi heç bir nəticə vermədi. Problemlər o qədər dərin, xalqların tarixi o qədər mürəkkəb idi ki, insanlar yeni rejim istəyirdi”- deyə Ukraynanın birinci prezidenti deyib. O, Sovet İtifaqının xəritədən silinməsi ilə dünyanın qeo-siyasi balansını dəyişmədiyini bildirib. Leonid Kravçuk deyib, Sovet İttifaqının süqutu Amerikanın möhkəmlənməsinə yol açıb.

XS
SM
MD
LG