Accessibility links

Rusiyanın kompüter proqramçısı İspaniyanın Barselona şəhərində nəzarət altına alınıb


Rusiyanın kompüter proqramçısı İspaniyanın Barselona şəhərində nəzarət altına alınıb. Onun 2016-cı il ABŞ prezident seçkiləri zamanı hakerlikdə əli olduğundan şübhələnilir.

Rusiyanın Madriddəki səfirliyinin sözçüsü həbsi təsdiqləsə də, Pyotr Levaşov adlı həmin şəxsin həbsinə dair izahat verməyib.

İspaniyanın slahiyyətli nümayəndələri Levaşovun həbsi barədə xəbərdarlığı səfirliyə cümə günü göndərib.

36 yaşlı kompüter ekspertinin ABŞ-ın sanksiyası ilə həbs edildiyi bildirilir. O, xanımı Mariya Levaşova ilə İspaniyada tətildə idi.

Levaşovun həbsindən sonra ABŞ-ın Ədliyyə Nazirliyinin sözçüsü Peter Karr bildirib ki, iş möhür altındadır və Vaşinqton bu haqda şərh verməyəcək.

ABŞ hökuməti Rusiyanı Donald Trampın kampaniyasına yardım məqsədi ilə demokratların emaillərinin hakerliyində ittiham edir.

ABŞ Konqresi Rusiya ilə Tramp arasındakı mümkün əlaqələrə dair araşdırma aparır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG