Accessibility links

M.Rza Ləvayi: Güneylilər üçün may hadisələri bir başlanğıc nöqtəsidir [Audio]


Məhəmməd Rza Ləvayi

Məhəmməd Rza Ləvayi

“May Qiyamı Güney Azərbaycan siyasi tarixində minimalist bir hekayədir, içində bir dünya söz, oyanış, hərəkət və axtarış var,” deyə Məhəmməd Rza Ləvayi İran Azərbaycanının mədəni varlığının may olayları ilə gündəmə gəldiyini deyir. Güneyli şair Amerikanın Səsi ilə söhbətdə 2006-cı ildə baş verən kütləvi etirazların İrandakı media, eləcə də ədəbi və siyasi icmalar və atmosferdə buraxdığı təsiri dəyərləndirib.

Cənab Ləvayi İranda türklərin sənət və ədəbiyyat əsərləri ilə təhqir edilməsini ənənə halına gəlmiş bir olay kimi qiymətləndirir:

“Hadisələr bir karikatura ilə başladı... Bu yəni sənət əsəri ilə insanları təhqir etmək, böcəyə oxşadaraq onları alçaltmaq... Mən belə görürəm ki, türklərin və Güney Azərbaycanın kültürəl varlığına qarşı təhqir ədəbiyyatı İran aydınları və yazarları arasında bir ənənəyə çevrilib.”

Hadisələr bir karikatura ilə başladı... Bu yəni sənət əsəri ilə insanları təhqir etmək, böcəyə oxşadaraq onları alçaltmaq... Mən belə görürəm ki türklərin və Güney Azərbaycanın kültürəl varlığına qarşı təhqir ədəbiyyatı İran aydınları və yazarları arasında bir ənənəyə çevrilmiş.

2006-cı ilin may ayında “İran” qəzetində yayılan irqçi karikaturalara ilk təpkilərin tələbələr və ziyalılar tərəfindən gəlməsinin təsadüfi olmadığını qeyd edən təbrizli yazarın dediklərinə görə, “May hadisələri Güney Azərbaycan siyasal tarixində yaranmış bir minimalist hekayədir. Bunun içində bir dünya söz, oyanış, hərəkət və axtarış vardır.”

Hazırda ABŞ-da mühacirətdə yaşayan yazar həmin olayların toplum və ədəbiyyatda - ümumiyyətlə ölkədəki müxtəlif icmalar üzərində buraxdığı təsir haqda deyir:

“Misal üçün, neçə ildir Türkiyəyə mühacirət etmiş güneylilərlə danışanda mənə güneydən may olaylarından sonra köçdüklərini söyləyirlər. Güney Azərbaycanda xalqın içində də danışanda, sanki may hadisələri bir başlanğıc nöqtəsidir, yəni may qiyamından öncə və ondan sonra. Bu şairlərin şeirlərində də görünür... May etirazlarından sonra bədii emosional dialoqlar yarandı ədəbiyyatda.”

Şair olayların farsdilli media və icmalarda buraxdığı izlərə diqqət çəkir.

Onun dediklərinə görə, “bu təsir hər iki tərəfdə göründü. Həm türk dilində yazanlar, türk insanları həm də fars cəmiyyəti arasında, onların mediasında, qəzetlərində bir dialoq yarandı... Bu girdi onların mediasına, qəzetlərinə və kitablarına. Həmin günə qədər bunu, yəni etnik qrupların, digər millətlərin haqlarını və istəklərini gizlətmişdilər.

Məhəmməd Rza Ləvayi 2006-cı ildə baş verən kütləvi etirazlar nəticəsində qırmızı xətt kimi görülən bəzi sərhədlərin aşıldığını önə çəkir:

“Bu mövzular haqqında oxumağa maraqlı olanlar da çoxaldı... May hadisələri nəticəsində mediada belə bir axım yarandı ki, bunlar gəlsinlər və bizim ədəbiyyatla tanış olsunlar. Dədə Qorqudun adını eşitməmişdilər, eşitdilər. Bizim şairlərimizin adını eşitməmişdilər, eşitdilər.”

XS
SM
MD
LG