Accessibility links

Keçmiş FBI agentinin ailəsi İrana qarşı məhkəmə işi açıb


Robert Levinsonun həyat yoldaşı Krstin Levinson (ortada) və övladları Den və Ssamanta Levinson

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBI) İranda Mərkəzi Kəşfiyyat idarəsinin (CIA) qeyri-rəsmi tapşırığını yerinə yetirərəkən on il əvvəl itkin düşmüş keçmiş agentinin ailəsi İran İslam Respublikasına qarşı məhkəmə işi açıb.

Robert Levinsonun ailəsinin ABŞ-ın federal məhkəməsində açdığı iş 69 yaşlı təhqiqatçının girov saxlandığı göstərilən fotoları və video görüntülərinin açıqlamasından bir neçə ildən sonraya təsadüf edir. Onun ailə üzvləri fotolar və videoların İran tərəfindən göndərildiyini bildirib. Məhkəmə işində İranın Robertsonun azad edilməsi üçün Qərbə keçmiş İnqilab Keşikçilərinin generalının qaytarılması da daxil olmaqla bir sıra güzəştlər edilməsi kimi təkliflər irəli sürdüyünün təfərrüatları göstərilir.

FBI-ın bu posterində keçmiş agent Robert Levinsonun uzun illər girov saxlandıqdan sonra mümkün görüntüləri nümayiş etdirilir

FBI-ın bu posterində keçmiş agent Robert Levinsonun uzun illər girov saxlandıqdan sonra mümkün görüntüləri nümayiş etdirilir

"İran uzun illərdir girov götürülən şəxsin ölkəsindən güzəştlər müqabilində insanların ələ keçirilib girov saxlanılması kimi bir model yaradıb. Robert Levinsonun ələ keçirilməsi bu modelin bir hissəsidir və bu özünü İranın Robert Levinsonun saxlanmasından Birləşmiş Ştatlardan güzəştlər əldə etmək üçün istifadə etmək kimi bir neçə cəhdində göstərir"-deyə məhkəmə işində qeyd edilir.

Levinsonun ailəsinin məhkəmə işində İrandan açıqlanmayan məbləğdə maliyyə təminatı istənilir.

İranın BMT-dəki missiyası bazar günü şəhrlə bağlı müraciətə Novruz bayramı münasibətilə davam edən tətillə əlaqədar olaraq cavab verməyib. İran mediası məhkəmə işi ilə bağlı beynəlxalq xəbərlər haqda məlumat verib, lakin detallara varmayıb.

Levinson İranın Kiş adasında 2007-ci il martın 9-da yoxa çıxıb. ABŞ rəsmiləri uzun illər FBI-ın təhqiqatçısı olan Levinsonun özəl şirkət üçün çalışdığını bildirirdi.

Lakin Associated Press agentlyi 2013-cü ilin dekabrında Levinsonun CIA təhlilçisi kimi missiyada olduğu, lakin casus əməliyyatlarında iştirak etmək səlahiyyəti olmadığı haqda məlumat açıqlamışdı. Levinsonun ailəsi onun işinin detallarının açıqlanmaması məqsədilə məhkəmə işini dayandırması üçün CIA tərəfindən 2,5 milyon dollar maliyyə vəsaiti alıb.

Məhkəmə işində Levinsonun ailə üzvləri və dostlarının 2007-ci ilin avqustundan başlayaraq emaillər aldığı deyilir. Onun foto-şəkilləri və video görüntüləri isə 2010 və 2011-ci illərdə açıqlanıb. Video mesajda 3 milyon dollar ayrılması və "müəyyən şəxslərin" azad edilməsi tələbinin irəli sürüldüyü bildirilir.

Məhkəmə işində həmçinin bildirilir ki, İran rəsmiləri Amerikanın dini təşkilatları ilə görüşlərində nüvə proqramı ilə bağlı hesabatın Levinsonun mübadiləsi müqabilində gecikdirilməsini istəyiblər.

XS
SM
MD
LG