Accessibility links

Nyu-York şəhərindən 450 km-lik məsafədə yerləşən Leyk Ontario bölgəsində iki könüllü yanğınsöndürən güllə ilə öldürülüb.

Gölün sahilində yerləşən evdə yanğını söndürməyə çalışan həmin şəxsləri güllələyən adam öldürülüb. Daha 2 yanğınsöndürən ciddi şəkildə yaralanıb.

Hadisə ilə bağlı istintaq aparılır. Son insident ABŞ-da silahlara nəzarətlə bağlı qızğın debatlar vaxtına təsadüf edir.

10 gün əvvəl Konnektikut ştatının ibtidai məktəbində silahlı gənc 20 uşağı qətlə yetirmişdi.
XS
SM
MD
LG