Accessibility links

Avropa İttifaqı Leyla və Arif Yunusların ölkədən çıxışını alqışlayır


Avropa İttifaqı hüquq müdafiəçiləri Leyla və Arif Yunusların Azərbaycandan çıxışını alqışlayıb. Bu barədə Avropa İttifaqının bəyanatında deyilir.

“Leyla və Arif Yunuslar bu gün Niderlanda gələrək, nəhayət, öz qızlarına qovuşdular. Azərbaycan hakimiyyətinin humanist qərarı Yunusların ölkəni tərk etməsinə imkan verdi ki, bu da Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin gələcək inkişafına töhfə olacaq.

Biz Azərbaycandakı bütün siyasi qrup fəallarının ölkənin beynəlxalq öhdəlikləri çərçivəsində azad edilməsinə və reabilitasiyasına çağırırıq”, Avropa İttifaqı mətbuat xidmətinin bəyanatında deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG