Accessibility links

Leyla Yunusun qohumları BP-ni Azərbaycan hökumətinə təsir göstərməyə çağırır


Leyla Yunus, right, with Margaret Thatcher during the latter’s visit to Azerbaijan in September 1992
Leyla Yunus, right, with Margaret Thatcher during the latter’s visit to Azerbaijan in September 1992

The Telegraph Leyla Yunusdan yazıb

Bir dəfə Bakıda Margaret Thatcher üçün şəxsi tərcüməçi kimi çıxış edən bir qadının - L.Yunusun ailəsi onun həbsi ilə bağlı BP və Britaniya hökumətini işə qarışmağa çağırır. Bu barədə İngiltərənin The Telegraph qəzetinin Leyla Yunus barədə yazılan məqaləsində qeyd edilib.

Leyla Yunusun qaynı Ramiz Yunus qəzetə deyib: “Leyla xanım həbsxana gözətçisi tərəfindən döyülüb, saçından tutub sürüyüblər və o daimi psixoloji işgəncələrə məruz qalır. Mən BP və Britaniya hökumətini bu məsələyə münasibət bildirməyə, Leyla xanım və qardaşım da daxil olmaqla, ölkədəki bütün siyasi məhbusların azadlığa buraxılması üçün Azərbaycan hökumətinə təzyiq göstərməyə çağırıram”.

Ramiz Yunus qəzetə bildirib ki, Avropa hökumətlərinin onun yaxınlarının məsələsinə "göz yumduqlarından" məyusluq hissi keçirir.

The Telegraph qəzeti Leyla Yunusun məhkəmə qabağı təcridxanada saxlandığını qeyd edərək, onun şəkər, hepatit və görmə qabiliyyətinin zəifləməsindən əziyyət çəkdiyini, bu ilin əvvəlində hipertonik krizis keçirmiş L.Yunusun əri Arif Yunusun isə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlandığını yazır.

Qəzet bildirir ki, təhlilçilər son həbsləri "gələn il Bakıda BP-nin sponsorluğu ilə keçiriləcək ilk Avropa Olimpiya Oyunları ərəfəsində" Azərbaycanda "müxalifətin axırına çıxmaq" cəhdi kimi yozur.

2009-cu ildən Hollandiyada yaşayan Leyla və Arif Yunusun 29 yaşlı qızı Dinara Yunus isə Amsterdamdan telefonla qəzetə bunları söyləyib:

"İqtisadi maraqlar insan haqlarından daha vacibdir? BP Azərbaycan hökumətinə siyasi məhbuslarla bağlı addım atmağı desə, bu, BPy-ə hörməti artırar və onun etik şirkət olduğunu göstərər. Mənim valideynlərim də daxil olmaqla BP siyasi məhbusların dərhal və şərtsiz azad edilməsinə çağırmalıdır. Belə bir addım atmaq üçün BP kifayət qədər qüdrətlidir", Dinara Yunus deyib.

The Telgraph Azərbaycanda müxaliflik əleyhinə kampaniyanın yay aylarında pik həddinə çatdığını qeyd edərək, o cümlədən, avqust ayında vergidən yayınma ittihamı əsasında gənc fəal Rasul Cəfərov və veteran hüquqşünas İntiqam Əliyevin həbs edildiyini, Naxçıvanda jurnalist İlqar Nəsibovun döyüldüyünü yazıb.

BP-nin The Teleqraph qəzetinə verdiyi şərhində, "harada iş gördüyündən asılı olmayaraq insan haqları və insan ləyaqətinə hörmət göstərilməsinə davamlı şəkildə sadiq olduğu", bildirilir.

"İnsan haqlarının qorunması ilk növbədə Azərbaycan hökumətinin öhdəliyidir, biz bu sahədə onun müəyyən etdiyi qaydaları tətbiq etməyə hazırıq", BP qeyd edib.

"Eyni zamanda BP şirkəti gələn il Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına sponsorluğu ilə bağlı məsələyə şərh verməkdən yayınıb", The Telegraph qəzeti qeyd edir.

XS
SM
MD
LG