Accessibility links

Yunuslar onlara qarşı irəli sürülmüş ittihamları rədd edirlər

Son günlər həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti kəskin şəkildə pisləşib.

Bu barədə Turan-a onun vəkili Elçin Qəmbərov bildirib.

Onun sözlərinə görə, Yunusun qara ciyərində parçalanma prosesi başlayıb, xroniki olaraq az yemə nəticəsində təzyiqi ciddi şəkildə düşür və zəifdir. Həbs edildiyi gündən etibarən L.Yunus 10 kq arıqlayıb.

Vəkil Ramiz Məmmədov istintaq təcridxanasına Yunusun analizlərinin nəticələri haqqında məlumat verilməsi üçün rəsmi sorğu təqdim edib, lakin istintaq təcridxanasının rəhbərliyi bu sorğunu qeydiyyata almaqdan imtina edib ki, bu da birbaşa qanun pozuntusudur, deyə vəkil bildirib.

Leyla Yunusa qarşı dövlətə xəyanət (Cinayət Məcəlləsinin 274-cü maddəsi), vergi ödənişindən yayınma (213-cü maddə), qanunsuz sahibkarlıq (192-ci maddə), sənədlərin saxtalaşdırılması (320-ci maddə), böyük ölçüdə fırıldaqçılıq (178.3.2) ittihamlar irəli sürülüb.

Nəsimi rayon məhkəməsi Leyla Yunus barəsində bu il iyulun 30-da 3 aylıq həbs qətimkan tədbiri seçib.

Arif Yunusa qarşı isə 274 və 178.3.2-ci maddələrlə ittiham irəli sürülüb. Əvvəvcə məhkəmə onun barəsində polis nəzarətinə götürülməsi barədə qərar çıxarsa da, sonradan avqustun 5-də 3 aylıq həbs qəti imkan tədbiri seçib.

Yunuslar onlara qarşı irəli sürülmüş ittihamları rədd edirlər.

Oktyabrın 24-də Leyla Yunusun həbs müddətinin daha 4 ay (2015-ci il fevralın 28-dək) uzadılması barədə qərar qəbul edib

Amnesty İnternational Leyla və Arif Yunusu "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG