Accessibility links

Əli Kərimli: Əzizim Leyla xanım… Siz girovsunuz, həm də ailəliklə


Əli Kərimli

Əli Kərimli

Dekabrın 21-də həbsdə olan hüquq müdafiəşisi Leyla Yunusun doğum günüdür. Bu münasibətlə AXCP sədri Әli Kərimli Facebook səhifəsində ona təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

Əziz Leyla xanım!

Hazırki durumunuzda sizə ad günü təbriki yazmaq çox çətindir. Ona görə də xahiş edirəm ki, yazdıqlarımı sadəcə bir məktub kimi qəbul edin.

Sizin və Xədicə xanımın həbsi ilə cəmiyyətin həssas yanaşdığı daha bir qırmızı xətti keçdilər.

Leyla xanım, Siz indi həyatın ağır sınaqları ilə üz–üzəsiniz. Çox təəssüf ki, hakimiyyət öz qadın rəqibini də şərləyib həbs etməyə utanmadı. Hər dəfə çətinə düşdüklərində milli mentalitetimizin arxasında gizlənənlər azərbaycanlıların “xanımla savaşma, xanıma əl qaldırma, xanımı həbs etmə” ənənəsini də ayaqladılar. Sizin və Xədicə xanımın həbsi ilə cəmiyyətin həssas yanaşdığı daha bir qırmızı xətti keçdilər. Təəssüf ki, ölkədə mövcud olan kütləvi qorxu mühüti insanların həbsinizə layiqli səviyyədə etiraz etməsinə imkan vermir. Amma hər zaman belə olmayacaq. Əminəm ki, elə ilk fürsətdəcə xalqımız hakimiyyətdən sizin qanunsuz həbsinizin də məsuliyyətini tələb edəcək.

Məsələ aydındır. Sizdən qisas alırlar.

Leyla xanım, bilirik ki, Siz sadəcə məhbus da deyilsiniz, əslində girovsunuz, həm də ailəliklə. Arif bəyin həbsi, həm də Sizə görə həbs olunması, səhhətinizin ağırlığı, məhbəsdə rastlaşdığınız qeyri-insani münasibət məhrumiyyətlərinizi daha da artırır. Məsələ aydındır. Sizdən qisas alırlar. Sizə bu qəddar, kinli münasibət minlərlə azərbaycanlının hüquqlarını qoruduğunuz üçündür. Ölkədəki siyasi məhbus problemini dünyanın

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və jurnalist Xədicə İsmayıl

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və jurnalist Xədicə İsmayıl

diqqətinə gətirə bildiyiniz üçündür. Çoxlarının susduğu məqamlarda susmadığınız, rejimi cəsarətlə ifşa etdiyiniz üçündür.

Siz çox savadlı alim, hər zaman üzərində işləyib, daha da kamilləşməyə doğru gedən bir insansınız. Siz yalnız öz həyatınızı yaşamaq istəsəydiniz, asanlıqla dünyanın hər yerində təminatlı, firəvan həyat yaşayardınız. Amma siz xalqımızı problemlər içində buraxıb, öz şəxsi xoşbəxtliyinizi qurmaq istəmədiniz.

Ölkədəki vəziyyətin günü-gündən pisləşməsinə baxmayaraq, minlərlə azərbaycanlı mitinq meydanlarında Sizə azadlıq tələb etdi.

Leyla xanım, Sizin bu rəşadətli mübarizənizə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə ciddi dəstək var. Siz artıq bir çox nüfuzlu beynəlxalq mükafatın laureatısınız. Daha bir neçə çox nüfuzlu beynəlxalq mükafatları almağa da namizədsiniz. Apardığım söhbətlərdən bilirəm ki, beynəlxalq demokratik ictimaiyyət Sizi unutmayıb, durumunuzla ciddi maraqlanır. Xalqımızın Sizi tanıyan kəsiminin, demokratik düşərgənin də Sizə dəstəyi tamdır. Ölkədəki vəziyyətin günü-gündən pisləşməsinə baxmayaraq, minlərlə azərbaycanlı mitinq meydanlarında Sizə azadlıq tələb etdi. Əminəm ki, Siz azad edilənə qədər bu tələb davamlı olaraq irəli sürüləcək.

Leyla xanım, Sizə ilk növbədə can sağlığı, əzablara qatlaşmaq üçün fiziki güc arzulayıram. Arzu edirəm ki, tezliklə azadlığa və ailənizə qovuşasınız. Arzusunda olduğunuz demokratik Azərbaycanda uzun illər ömür sürmənizi diləyirəm.

XS
SM
MD
LG