Accessibility links

Leyla və Arif Yunuslara qarşı dövlətə xəyanət yekun ittihamdan çıxarılıb


Leyla Yunus (Foto Leyla və Arif Yunusların Facebook səhifəsindən götürülüb)
Leyla Yunus (Foto Leyla və Arif Yunusların Facebook səhifəsindən götürülüb)

İyunun 22-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair Işlər üzrə İstintaq İdarəsi Leyla və Arif Yunuslara yekun ittiham elan edib. Dövlətə xəyanət ittihamı yekun ittihamdan çıxarılıb. Yekun ittihamın elan edilməsində Leyla Yunusun özü də iştirak edib. Bu barədə vəkil Elçin Qəmbərov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Leyla və Arif Yunuslara qarşı dövlətə xəyanət ittihamını ayrı icraata ayrılıb.

“Ayrı icraatda bu ittiham dayandırıla da bilər və davam etdirilə də bilər. Bu artıq istintaq orqanın səlahiyyətində olan məsələdir”, vəkil qeyd edib.

O bu həftənin sonunadək cinayət işinin yekunlaşaçağının élan ediləcəyini gözləyir. “Sonra cinayət işinin materialları vəkillərə, Leyla və Arif Yunuslara tanışlıq üçün veriləcək”.

Vəkil dövlətə xəyanət ittihamının ayrı icraata ayrılmasının müsbət perspektivlər vəd etdiyini düşünür.

“Təcrübədən deyə bilərəm ki, bu müdafiə tərəfi üçün yaxşı perspektivlər vəd edir. Arif və Leyla Yunuslar yaxın zamanda həbsdən azad edilə də bilər”, Qəmbərov ümid edir.

Leyla Yunus barəsində 2014-cü il iyulun 30-da həbs qətimkan tədbiri seçilib. OCinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178.3.2 -ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham olunurdu. Onun həyat yoldaşı Arif Yunusun barəsində isə 2014-cü il avqustun 5-də həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilir.

Leyla və Arif Yunuslar Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı tərəfindəan “vicdan məhbusu” elan edilib.

Müşahidəçilər Leyla və Arif Yunuslara yekun ittihamdan dövlətə xəyanətın ayrı icraata ayrılmasının jurnalist Rauf Mirqədirovun da istində yeniliklərin olacağına ümid verdiyini düşünür. "Zerkalo" qəzetinin şərhçisi də eyni ittihamla mühakimə edilir .

XS
SM
MD
LG