Accessibility links

“Leyla və Arif Yunuslar da daxil olmaqla bütün siyasi məhbuslar azad edilməlidir” [Audio-müsahibələr]


Leyla və Ariv Yunuslar
Leyla və Ariv Yunuslar

Cəmil Həsənli və Novella Cəfəroğlunun Amerikanın Səsinə müsahibələri

İyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bir ilə yaxın ayrı-ayrı təcridxanalarda saxlanılan Leyla və Arif Yunuslar məhkəmədə şüşə kamerada birgə oturdulub. Onların hər ikisinin sifətində həbsxana iztirabları açıq hiss edilib. Hər ikisi xəstədir. Leyla Yunus həddən artıq arıqlayıb, həbsdən əvvəlki görünüşündən əsər-əlamət qalmayıb. O belini qalın yun odeyalla bağlayıb. Qarın və kürək nahiyyələrində kəskin ağrılarının olduğunu deyib.

Leyla Yunus (Foto Leyla və Arif Yunusların Facebook səhifəsindən götürülüb)
Leyla Yunus (Foto Leyla və Arif Yunusların Facebook səhifəsindən götürülüb)

Arif Yunusun başının arxa nahiyyəsində böyük şiş görünüb. Leyla Yunus həyat yoldaşının başında xərçəng yarandığını kağıza yazaraq jurnalistlərə göstərib.

Leyla Yunus fasilə zamanı fiziki işgəncələrə məruz qaldığını jurnalistlərə deyib.

“Bir dəfə ötən il sentyabrın 23-də təcridxanada mayor Yaqubov məni döyüb, sonra dekabrın 11-də başımın arxasından vurublar, bu yaxınlarda iyunun 20-də isə sol gözümdən vurublar, gözüm görmür, ağrılarım var. Bizi fiziki məhv etmək istəyirlər”, o qeyd edib.

Amerikanın Səsi hüquq müdafiəçilərinin səhhətindəki problemlər və işgəncə faktları ilə bağlı məhkəməni izləyən Milli Şuranın sədri Cəmil Həsənli və Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu ilə müsahibə aparıb.

İlk öncə Cəmil Həsənlinin fikirlərini təqdim edirik.

Amerikanın Səsi: Dünən siz Arif və Leyla Yunusların məhkəməsində iştirak etdiniz, onların ümumi durumunu gördünüz. Necə qiymətləndirirsiniz?

please wait

No media source currently available

0:00 0:04:06 0:00

Cəmil Həsənli: Dünən gördüklərim məni həddindən artıq məyus və mütəəssir etdi. Həm Leylanın, həm də Arif Yunusun vəziyyəti son dərəcə kritikdir. Söhbət burada həbs yerlərində insanlara ərzaq verib-verilməməsindən getmir. Söhbət insan ləyaqətinə münasibətdən gedir. Əgər bir məhbus qadın dünən məhkəmə zalında öz dili ilə orada toplaşan jurnalistlərə ayın tarixlərini göstərməklə bildirisə ki, cəzaçəkmə yerinin nəzarətçiləri tərəfindən döyülüb və bu döymə nəticəsində onun sol gözü görmə qabiliyyətini itirib, bu böyük fəlakətdir. Bu Azərbaycan vətəndaşına, bir qadına, bir anaya münasibətdə qanunun, konstitusiyanın, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların, ən başlıcası isə insani dəyərlərin itirilməsidir.

Həm Leylanın, həm də Arif Yunusun vəziyyəti son dərəcə kritikdir.

Dünən məlum oldu ki, Arif Yunusun da boyun nahiyyəsində şiş əmələ gəlir. Bu onun səhhətində çox ciddi bir problemin başlanmasından xəbər verir.

Leyla xanımın həbsə qədər də səhhətində problemlər var idi. O həbsdən əvvəl mənimlə görüşlərində səhhətindəki ciddi problemlərdən narazılıq edirdi. Son illərdə o 6 cərrahiyə əməliyatı keçirib. Belə bir adamı saxta ittihamlarla həbsdə saxlamaq, bir il vətənə xəyanət ittihamı ilə mətbuatı bunun üzərinə tökmək, sonra da ayrı ittihamla bunu məhkəmə qarşısına çıxarmaq doğru yanaşma deyil.

Mən dünən gördüklərimdən mənəvi sarsıntılar keçirdim.

Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürüsünüz?

Cəmil Həsənli
Cəmil Həsənli

Cəmuil Həsənli: Vəziyyətdən çıxış qanunlara, konstitusiyaya riayət edilməsidir. Azərbaycanda çox pis bir ənənə başlayır. Hüquq-mühafizə orqanları günahı olmayanlar üçün günah yaradırlar, suçu olmayam vətəndaş üçün saxta cinayət işi düzəldirlər. Bu hallar 30-cu illərdə, məxsusən də 37-ci illərdə olurdu. 21-ci əsrdə dövlətin öz vətəndaşına qarşı saxta ittihamlar quraşdırması və bu saxta ittihamlarla vətəndaşın məhkəmə qarşısında mühakiməyə çıxarılması yolverilməzdir.

Cəmiyyətdə sayılan, seçilən, kifayət qədər namuslu, vətənə xidmət etmiş adamların vətənə xəyanət ittihamı ilə həbs yerlərində saxlanılması yolverilməzdir.

Azərbaycanı heç kim məcbur etməyib ki, Avropa Şurasına üzv olsun. Azərbaycan öz xahişi ilə 2001-ci ildə Avropa Şurasına üzv olub və üzrəinə öhdəlik götürüb. Avropa Şurasına üzv olan ölkə, dövlət, hakimiyyət vətəndaşı ilə insan kimi rəftar etməlidir, onun haqlarına hörmətlə yanaşmalıdır, demokratik prinsiplərə, insan hüquqları ilə bağlı beynəlxalq konvensiyalara hörmət etməlidir. Belə bir halda, bunları kənara qoyub Azərbaycanda siyasi məhbusların böyük bir dairəsini yaratmaq, cəmiyyətdə sayılan, seçilən, kifayət qədər namuslu, vətənə xidmət etmiş adamların vətənə xəyanət ittihamı ilə həbs yerlərində saxlanılması yolverilməzdir. Bu siyasətdən imtina edilməli və siyasi məhbuslar azad olunmalıdır. Bunun ayrı yolu yoxdur. Bu günləri siyasi məhbus məsələsi Azərbaycanın hakimiyyətini sarsıdan ən ağır bir vasitəyə çevrilib.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu da Amerikanın Səsinə müsahibəsində Leyla və Arif Yunuslar da daxil olmaqla bütün siyasi məhbusların azad edilməsini istədiyini bildirib.

please wait

No media source currently available

0:00 0:04:29 0:00

Amerikanın Səsi: Dünən Leyla və Arif Yunusların məhkəməsində onların səhhətində ciddi problemlərin olduğu görünürdü. Münasibətiniz necədir?

Hüquq müdafiəçisi Novella Cəfəroğlu
Hüquq müdafiəçisi Novella Cəfəroğlu

Novella Cəfəroğlu: Bizim məhkəməni müşahidə edən insan var idi. Doğrudan da bizə çox pis təsir etdi. Leyla bizim dostumuz olmasa da bir yerdə neçə illər işləmişik. Doğrudan da həm Arifin həm Leylanın elə vəziyyətdə olmasına çox məyus qaldıq. Bircə arzum odur ki, Leylanı da, Arifi də həbsxanadan buraxsınlar. Yəni belə bir vəziyyətədə xəstə insanları saxlamaq düzgün deyil. Onları həbsdən buraxsınlar, istəyir burada qalsın, istəyir xaricə getsin. Mən Leyla Yunusun buraxılması tərəfindəyəm.

Amerikanın Səsi: Leyla Yunus məhkəmədə bəyan etdi ki, cəzaçəkmə müəssisəsində azı üç dəfə işgəncəyə məruz qalıb. Bir mayorun adını da çəkdi. Arif Yunus isə xəstədir və qapalı yerdə saxlandığından həkim buraxılmır. İşgəncə faktlarını necə qiymətləndirirsiniz?

Bircə arzum odur ki, Leylanı da, Arifi də həbsxanadan buraxsınlar.

Novella Cəfəroğlu: İşgəncə faktlarını əlimdə sübutlar olmayana qədər... çünki bizim insanlar gediblər oraya, çox adam gedib. İşçi qrupundan da, ombudsmanda da adamlar gedib, özümüz də getmişik. Münaqişə ola da bilər ki, məhbusların öz aralarında münaqişə. Amma, heç inanmıram Pernitensiar Xidmət tərəfindən Leyla xanıma elə aqressiya ola. Bilirsiniz, çoxsaylı adamlar neçə il həbsxanada yatıb, bizm adamlar dəfələrlə onlarla görüşüb, onların heç biri təzyiq olmasını təsdiq etməyib. Leyla xanımdan da güclü insanlar yatıb oralarda. Sözün düzü ona çox inamım yoxdur. Amma, həbsxananın içində ola bilər qadınlarla dil tapmayıb, ola bilər münaqişə olsun. Ona söz deyə bilmərəm. Ona da Penitensiar Xidmətin əməkdaşları cavabdehdir ki, Leyla xanıma qarşı belə hallar olmamalıdır. Amma, işçi heyət tərəfindən işgəncə olmasına inana bilmirəm. Bu heç mümkün deyil.

Amerikanın Səsi: Amma, bu yaxınlarda 13 saylı cəzaçəkmə müəssisəsində... (söhbət burada məhbusun ölüm faktından gedir-red)

Amma heç inanmıram Pernitensiar Xidmət tərəfindən Leyla xanıma elə aqressiya ola.

Novella Cəfəroğlu: Onu bilirəm. Onun ayrı yönəmi vardı, ixtiyarları yox idi. Həmin adamı da işdən çıxardılar, məhkəmə də təyin edilib, onun işinə baxılacaq. Yəni istisna olaraq ola bilər. Amma, məhz Leyla xanıma qarşı ola bilməz. Çünki Leyla xanım bütün dünyanın gözünün qabağındadır. Bilirsiniz ki, dünyadan gəlirlər, xarici həkimlər gəlirlər, Leyla xanımla bir neçə dəfə prokurorluq söhbət edib. Nə olursa tez ombudsmanı göndəririk oaraya. Ombudsmanla da danışıb, ona da deyib ki, mənə heç nə etməyiblər. Mən yenə də deyirəm ki, Leyla xanıma qarşı təzyiq ola bilməz.

Amma, Leyla da, Arif də xəstədir. Bir onlar yox, bütün siyasi məhbuslar buraxılmalıdır.

Amerikanın Səsi: Fikrinizcə hüquq müdafiəçiləri bu məhkəmədə niyə iştirak etmirdi?

Novella Cəfəroğlu: Bizim nümayəndəmiz var idi orada. Mənim 74 yaşım var. Siz də şahidsiniz ki, bütün məhkəmələrdə iştirak etmişik.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG