Accessibility links

Leyla və Arif Yunuslar ittiham edir [Video] (Yenilənib)


Leyla və Arif Yunuslar ittiham edir
please wait

No media source currently available

0:00 0:04:59 0:00

Leyla və Arif Yunuslar ittiham edir

Hüquq müdafiəçiləri ittihamı qəbul etmir

Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla və Arif Yunusların işi üzrə prosesdə Leyla Yunus ona söz vermədiyi üçün hakim Əfqan Hacıyevi Cinayə Prossesual Məcəlləsinin 91-ci maddəsini pozmaqda ittiham edib.

Vəkil Elçin Qəmbərov hakimin diqqətini jurnalistlərin, ictimai-siyasi xadimlərin, fəalların və diplomatların zala buraxılmamasına çəkib.

Məhkəmə zalında beş yer proses boyu boş saxlanılıb. Proses başlamamışdan öncə 18 nəfər mülki geyimli şəxs və 3 hökumətyönümlü media jurnalisti arxa qapıdan adladılaraq zalda əyləşmişdi. Zala əsas qapıdan çəmi 2 jurnalist, 1 nəfər ictimaiyyətin nümayəndəsi, Almaniya səfirlyinin təmsilçisi və tərcüməçisi buraxılıb.Məhkəmə zalında oturdulan 18 nəfərin hamısında mobil telefon var idi. Hansı qismdə zala daxil olmaları barədə suala onların bəziləri "Leyla və Arif Yunusun qohumu" olduğu cavabını verib. Digərləri isə sula cavab verməyib. “Qohumları”, - Leyla və Arif Yunusların ata və analarının adı necədir?- sualına isə cavab verə bilməyib.

Müdafiə tərəfi hüquqşünas Şöhrət Allahmanovun zərərçəkmiş Rəna Səfərəliyevanı təmsil edə bilməməsinə diqqət çəkib, belə ki, onun rəhbərlik etdiyi QHT – Sülh və Demokratiya uğrunda Ön Qafqaz Qadınlarının Cəmiyyəti hələ ötən il ləğv olunub.

Vəkil Ramiz Məmmədov L.Yunusun Səfərəliyevaya hansı mənəvi ziyanı vurduğu ilə maraqlanıb.

Müdafiə tərəfi Allahmanovun kənarlaşdırılması haqqında vəsatət qaldırıb. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Vəkil Əfqan Məmmədov Arif Yunus barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatət qaldırıb, lakin prokuror Fərid Nağıyev buna qarşı çıxıb.

L.Yunus bildirib ki, həyat yoldaşı dövlətə xəyanətdə ittiham olunur, baxmayaraq ki, o, hələ 1980-ci illərin sonlarında azərbaycanlıların Ermənistandan sürgün edilməsi haqqında kitab yazıb, Xocalı soyqırımı haqqında kitabın müəllifidir, Qarabağ münaqişəsi haqqında kitabı ABŞ Dövlət Departamentinin kitabxanasında saxlanılır.

A.Yunus özü bildirib ki, onu dörd dəfə həbs edən prokurorluq haqqında kitab yazacaq. Birinci həbs Ermənistanın Qafan rayonundan azərbaycanlıların sürgün edilməsi faktlarının KİV-ə verilməsi ilə bağlıdır. Lakin, buarada hakim daha üç dəfə prokurorluğun onu hansı səbəbdən həbs etməsi barədə danışmağa imkan verməyib, Yunusun sözünü kəsib.

L.Yunus prokurora üz tutaraq, onun və digər müstəntiqlərin tarixdə “cəllad” kimi qalacaqlarını bildirib.

Daha sonra ittiham aktı elan olunub. Yunuslar bildirib ki, özlərini təqsirli bilmirlər. L.Yunus ittiham aktını tamamilə saxtalaşdırıldığını bildirib.

O qeyd edib ki, həyat yoldaşı öz pulunu bir hesabından başqa bir hesabına köçürüb, bunda kriminal yoxdur.

L.Yunus Azərbaycanın deyil, donorların pullarından istifadə etdiyini, istintaqın isə sənədləri saxtalaşdırdığını bildirib.

“Bu, 30-cu illərin prosesidir. Siz sifarişlə hərəkət edirsiniz. Siz Soljenitsına qarşı edilənləri edirsiniz”, deyə Yunus hakimə bildirib, hakim isə, -“bunu tərcümə etmə”, - deyə tərcüməyə icazə verməyib.

“Azərbaycanda despotizm və repressiyalar hökm sürür, siz sifariş çərçivələrindən kənara çıxa bilməzsiniz”, deyə L.Yunus hakimə bildirib.

Daha sonra şahidlər çıxış edib. Bakı şəhər İcra Hakimiyyətinin nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov iddia edib ki, Yunusların Ş.Bədəlbəyli küçəsində yerləşən evləri qanuni əsaslarla sökülüb və onlar sənədləri və kompüterləri aparıblar.

Buna cavabda L.Yunus deyib ki, o, yalan danışır, belə ki, Ali Məhkəmənin ofisin söküldüyü və bu zaman əmlakın məhv edildiyi haqqında qərarı var.

A.Yunus bildirib ki, avqustun 25-də meriya evin sökülməsi haqqında xəbərdarlıq göndərib, baxmayaraq ki, ev avqustun 11-də artıq sökülmüşdü.

Şahid Azad İsazadə təsdiq edib ki, binanın sökülməsi zamanı əmlak məhv edilib. O, cəmi bir kompüter və iki kitabı çıxara bilib. Bu zaman buldozer söküntüyə başlamışdı və digər sənədləri çıxarmağa imkan verməyib. Söküntü işinə Zülfəli İsmayılov deyil, Yusif Qəmbərov rəhbərlik edirdi.

Şahid Təhmasib Novruzov bildirib ki, hələ 1988-ci ildə L.Yunusun ermənilərlə əlaqələri olduğundan şübhələnirdi, sonradan isə öyrənib ki, o, Ermənistan kəşfiyyatına işləyir. Müdafiə tərəfin bunu haradan öyrəndiyi barədə sualına cavabda şahid deyib ki, mətbuatdan.

L.Yunus onu növbətçi şahid adlandırıb.

Leyla Yunus həmçinin digər bir neçə şahidin də “növbətçi şahidlər” olduğunu deyib və həmin insanlıar bundan öncə də bir sıra siyasi proseslərdə şahid olublar. O həmçinin Rəna Səfəriliyevanın hüquqlarını müdafiə edən Şöhrət Allahmanovun bundan öncə jurnalsitr Xədicə İsmayıla qarşı işdə iddiaçı Elman Həsənovun müdafiəçisi olduğunu məhkəmənin diqqətinə çatdırıb.

* * *

Görünür, Azərbaycanda məşhur ictimai fəalların, vicdan məhbuslarının işi üzrə yarıqapalı məhkəmə prosesləri keçirilməsi sistemli xarakter alır.

Bu, növbəti dəfə iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla və Arif Yunusun işi üzrə məhkəmədə baş verib.

İclas saat 10-a təyin edilmişdi, 9:30-da vətəndaş cəmiyyəti, siyasi partiya fəalları, jurnalistlər, Qərb diplomatik missiyalarının əməkdaşları məhkəmə qarşısında toplaşıb.

Lakin məhkəmə zalının qapıları bərk-bərk bağlanıb. Saat 11-ə işləmiş heç kimi zala buraxmayıb, iclas üçün isə ən kiçik zal seçilib, baxmayaraq ki, böyük zallar boş idi.

Bu arada, vəkil Elçin Qəmbərov Amerikanın Səsinə bildirib ki, zal artıq yarıya qədər dolub. Bu insanları məhkəmənin xidməti qapısından oraya buraxıblar.

İclas keçirilən zalın qapısını sadəcə bir anlıq açıblar, iki jurnalist, bir diplomat və bir fəal zala daxil olub.

Vəkil Qəmbərov bir daha telefonla bildirib ki, zalda hələ 15 yer boşdur. Lakin bir neçə dəqiqə sonra iclas başlayıb. Qapının arxasından Leyla Yunusun səsi gəlir, o, CPM-in prosesin açıqlığı haqqında normalarını xatırladaraq, jurnalistlərin və ictimaiyyət nümayəndələrinin zala buraxılmasını tələb edirdi.

Bundan sonra məhkəmə icraçıları dəhlizdən qəzəblənmiş fəalları və jurnalistləri sıxışdırıb çıxarmağa başlayıblar.

Məhkəmə nəzarətçiləri və Penitensiar Xidmət işçiləri hüquq müdafiəçisi Rəsul Cəfərovun və jurnalist Xədicə İsmayılovanın işi üzrə məhkəmələrdə də belə hərəkət ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG