Accessibility links

BMT ekspertləri Leyla və Arif Yunusa qarşı məhkəmə hökmünü pisləyir


 BMT

BMT

BMT-nin insan hüquqları üzrə bir qrup eksperti Azərbaycanlı hüquq müdafiəçiləri Leyla və Arif Yunus barəsində hökmü pisləyib.

Ekspertlər hüquq müdafiəçilərinə qarşı məhkəmə hökmünü siyasi motivli və vətəndaş cəmiyyətinə qarşı repressiyaların davamı hesab edir.

“Hakimiyyət vətəndaş fəallarına qarşı repressiyalara dərhal son qoymalıdır”, bəyanatda bildirilir.

Leyla Yunusa, “ədalətli məhkəmə normalarına və beynəlxalq standartlara cavab verməyən” və bir çox beynəlxalq müşahidəçilərin buraxılmadığı məhkəmə zamanı səhhəti pisləşən Arif Yunusa təcili zəruri tibbi yardım göstərilməlidir.

Xatırladaq ki, hüquq müdafiəçiləri Leyla və Arif Yunus avqustun 13-də vergilərdən yayınma və fırıldaqçılıq ittihamı ilə 8,5 və 7 il müddətinə mühakimə edilib.

Leyla və Arif Yunuslar ittihamları qəbul etmir, siyasi sifariş hesab edir.

Amnesty İnternational Yunusları “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG