Accessibility links

Hüquq müdafiə təşkilatı Leyla və Arif Yunusların xaricdə müalicəsinə icazə verilməsini istəyir


Leyla Yunus və Arif Yunus (foto Meydan TV)

Leyla Yunus və Arif Yunus (foto Meydan TV)

Siyasi Məhbusların Monitorinqi Mərkəzi Leyla və Arif Yunusların səhhətindən narahatlığını bildirərək hökuməti onların müalicə üçün xaricə getməsinə imkan yaradılmasına çağırıb.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyul-avqust aylarında həbs olunublar. 2015-ci ildə əmlakları müsadirə olunmaqla 8,5 və 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Həbsdən sonra Bakı Apellyasiya Məhkəməsi A.Yunusun barəsində hökmü dəyişib. Sonradan L.Yunus da beş il müddətinə “şərti” cəzalandırılıb. Lakin məhkəmə onların müalicə üçün xaricə getməsinə icazə verməyib.

“A.Yunus hipertoniyadan, L.Yunus hepatit C, şəkər xəstəliyindən əziyyət çəkir. Buna baxmayaraq, onların müalicə üçün xaricə getməsinə imkan verilmir”. Bu barədə Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov bildirib.

“Leyla və Arif Yunusların yaşını, onlara ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsinin vacibliyini nəzərə alaraq hakimiyyəti onların ölkədən çıxmasına icazə verilməsinə çağırırıq”,Həsənov vurğulayıb.

Həmçinin mərkəz siyasi mühacirlərin qohumlarının, əsasən “Meydan” TV-nin rəhbəri Emin Millinin, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumlarının həbsini pisləyib, bunu “əsassız və siyasi həbslər” kimi qiymətləndirib.

Rəsmi Bakı müraciətə hələ münasibət bildirməyib.

XS
SM
MD
LG