Accessibility links

Leyla və Arif Yunusların apellyasiya şikayəti üzrə ilkin baxış olub


Leyla Yunus və Arif Yunus (foto Meydan TV)

Leyla Yunus və Arif Yunus (foto Meydan TV)

Martın 4-də Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçiləri Leyla və Arif Yunusların şikayəti üzrə ilkin baxış iclası keçirilib. Belə ki, onların müalicə üçün Azərbaycandan çıxmasına qadağa qoyulub.

Xüsusi icazə üçün sorğu Yunusların cinayət cəzasına məhkum olunması ilə əlaqədardır.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyul-avqust aylarında həbs olunub. 2015-ci ildə əmlakları müsadirə olunmaqla 8,5 və 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Həbsdən sonra Apellyasiya Məhkəməsi A.Yunusun, sonra isə L.Yunusun barəsində hökmü beş il müddətinə “şərti” cəza ilə əvəzləyib.

A.Yunus bir neçə dəfə hipertonik krizis keçirib. O hepatit C, şəkər və həbsdən sonra kəskinləşmiş digər xəstəliklərdən əziyyət çəkir.

Lakin Yasamal Rayon Məhkəməsi onların ölkədən çıxışına icazə verməyib.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, martın 4-də iclas zamanı ərizəçilərin anket məlumatları yoxlanılıb, apellyasiya şikayətinin qanunauyğunluğu yoxlanılıb.

Məhkəmə şikayəti baxılmaq üçün qəbul edib və mahiyyəti üzrə dinləmələri martın 11-nə təyin edib.

E.Sadıqovun sözlərinə görə, beynəlxalq ekspert L.Yunusun təcili əməliyyat edilməsi və stasionar müalicəsinin vacibliyi haqda rəy verib.

Ölkədən çıxışa qadağa qoyulması ağır xəstə ərizəçilərə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin (işgəncələrin qadağan edilməsi) pozulmasıdır.

“Ümid edirik ki, Apellyasiya Məhkəməsi onların şikayətini təmin edəcək”, E.Sadıqov vurğulayıb.

XS
SM
MD
LG