Accessibility links

O Almaniyanın Teodor Heker adına beynəlxalq mükafatına layiq görülüb

Tanınmış hüquq-müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Teodor Heker adına beynəlxalq mükafata layiq görülüb. Bu barədə Turan agentliyi məlumat yayıb.

Almaniyadan daxil olan təbrik məktubunda deyilir ki, “xanım Yunus korrupsiya, özbaşınalıq, insan hüquqlarının pozulmasına qarşı cəsarətli mübarizəsinə, siyasi məhbusların müdafiəsinə, həmçinin şəxsi təhlükəsizliyini riskə ataraq Sülh və Demokratiya İnstitutunun rəhbəri kimi fəaliyyətinə görə təltif ediləcək”.

Teodor Heker katolik ekzistensializmin tanınmış nümayəndələrindən və Üçüncü reyxin ən radikal tənqidçilərindən biridir. O, iki dünya müharibəsi arasındakı dövrdə ən önəmli katolik yazıçılardan biridir.

Esslingen-na-Nekare şəhəri Teodor Heker mükafatını onun ölümünün (1995-ci il) 50 illiyi münasibətilə təsis edib.

Mükafat iki ildən bir azadlıq, demokratiya, sülh və humanizm ideallarının müdafiəsindəki cəsarətə, əzmkarlığa görə verilir. İlk qalib 1995-ci ildə rusiyalı hüquq müdafiəçisi Sergey Kovalyov olub. Laureatlar arasında Misirdən olan professor Cehan Sabat (1997), Belarusun müxalifət lideri Viktor Qonçar (2000), Türkiyədən olan vəkil Eren Keskin (2005), meksikalı hüquq müdafiəçisi Cudit Qalarza (2007), iranlı hüquq müdafiəçisi Şiva Nazar Əhəri (2011) var.
XS
SM
MD
LG