Accessibility links

Leyla Yunus 6 saatdır dindirilir [Video]


Leyla Yunus və Arif Yunus (Foto Emin Hüseynovun Facebook səhifəsindən götürülüb)
Leyla Yunus və Arif Yunus (Foto Emin Hüseynovun Facebook səhifəsindən götürülüb)

Hüquq müdafiəçisinə qarşı hərəkətlər kəskin pislənir


Leyla Yunus yerli vaxtla saat 7-dən başlayaraq artıq 6 saatdır Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilir. Hüquq müdafiəçisi və həyat yoldaşı aprelin 28-də saat 22-də Bakı hava limanında saxlanıb. Bütün gecəni yatmağa imkan verilməyib, həyat yoldaşı Arif Yunusun səhhəti pisləşib və xəstəxananın reanimasiya şöbəsindədir.

Hüquq müdafiəçisinin saxlanması ilə bağlı hələ rəsmi məlumat verilməyib. Yaxın saatlarda Baş Prokurorluğun açıqlaması olacağı gözlənilir.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, Leyla Yunus və Arif Yunus saxlanması üçün hansısa əsas var. Əsas olmasa saxlamazdılar.

Hüquq müdafiəçiləri Leyla Yunusa qarşı münasibəti kəskin pisləyir.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu bildirib ki, insana, xüsusilə qadına qarşı belə hərəkətlərə yol vermək olmaz. Leyla Yunusun tualetə getməsinə belə imkan vermirlər. “Bu hərəkətlər Azərbaycana qarşı yönəlib. Bir həftədən sonra Azərbaycanın Avropa Şurasında sədrliyi başlayır. Avropa Şurasına sədrlik edən ölkədə belə hadisələrin baş verməsi yolverilməzdir”, o qeyd edib.
XS
SM
MD
LG