Accessibility links

Amerika səfirliyi Leyla Yunusun saxlanmasına münasibət bildirib


Amerika səfirliyi_logo

Amerika səfirliyi_logo

“Azərbaycan hökumətinin addımları Leyla və Arif Yunusun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına istiqamətlənmiş cəhdləri ilə bağlıdır”, səfirlik bildirir

Amerikanın Azərbaycandakı səfirliyi Leyla Yunus və həyat yoldaşı Arif Yunusla bağlı Amerikanın Səsinin sualını cavablandırıb.

Səfirliyin cavabında deyilir:

“Biz bu məsələni yaxından izləyirik, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusla birbaşa əlaqə saxlanılıb. Yunuslovların xahişi ilə ABŞ-ın müvəqqəti işlər vəkili Devid Hoqan aprelin 28-də onlarla hava limanında görüşüb. Bu məsələ ilə əlaqədar biz həmçinin Azərbaycan dövlət rəsmiləri ilə də əlaqə saxlamışıq.

Rauf Mirqədirovun məsələsi ilə əlaqədar biz narahatıq ki, Azərbaycan hökuməti tərəfindən atılan addımlar Leyla Yunusla Arif Yunusun insanlar arasında etibarın yaradılması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına istiqamətlənmiş cəhdləri ilə bağlı ola bilər”, səfirliyin cavabında bildirilir.
XS
SM
MD
LG