Accessibility links

Washington Post Leyla Yunusun açıq məktubunu dərc etdi


Washington Post qəzetinin qərargahı
Washington Post qəzetinin qərargahı

ABŞ-ın aparıcı qəzetlərindən olan Washington Post tanınmış insan haqları Leyla Yunusun həbsdən həyat yoldaşına yazdığı məktubu dərc edib. Azərbaycanda insan haqları fəallarına qarşı həbs dalğasını şərh edən Washington Post yazır:

Bir-birlərindən bir neçə gün aralı, iyulun sonunda, avqustun əvvəllərində həbs edilmiş Leyla Yunus və həyat yoldaşı Arifə bir-birləri ilə danışmağa icazə verilmir.

Azərbaycanın ən tanınmış insan haqları fəallarından olan və prezident İlham Əliyevin ən cəsur tənqidçilərindən olan Leyla Yunus diabet xəstəliyindən və böyrək ağırısından əziyyət çəkdiyi halda ona lazımi dərmanlar çatdırılmır.

Arif və Leyla Yunus
Arif və Leyla Yunus

O, dövlətə xəyanətdə, Ermənistan üçün casusluq etməkdə və başqa cinayətlərdə ittiham olunur. Arif Yunus dövlətə xəyanətdə və fırıldaqçılıqda günahlandırılır.

Həyat yoldaşı ilə təmasa qoyulmuş qadağanı adlamaq üçün Leyla Yunus ərinə açıq məktub yazıb.

Washington Post qəzeti məktubun ingiliscəyə tərcüməsini olduğu kimi dərc edib:

Əzizim Arif,

Bax, birgə həyatımızın 36 ilindən sonra biz başqa-başqa zonlardakı ayrı kameralardayıq.

Mənim əzizim, məgər sən bilmirsənmi ki, mən hər şeyə dözərəm: həm, dəhşətli fiziki ağrılara (soyuq su məndə ciddi soyuqdəymə də yaradıb), həm kameradakı köhnə stajlı cinayətkarın təzyiqlərinə (yeri gəlmişkən, o, gəncəlidir və yenə də bizim Gəncə bizi məyus etməkdədir), həm də prokurorluqdakı çaqqalların vizitlərinə. Mən yeməyin olmamasına da dözürəm (bilirəm ki, sənə də bir şey gətirməyə imkan vermirlər, mələfələri dəyişmirlər və dərmanların da yoxdur). Mən də dərmansız və yeməksiz qalmışam. Təsəvvür edirsənmi, bu usubovlar, ləmbəranskilər necə çaqqaldırlar: bizi həm boğanaq kamerada boğurlar, həm də aclıqla və dərmansızlıqla məhv etmək istəyirlər.

Amma ən çətini budur ki, sən mənimlə deyilsən. Biz, axı, 36 il ərzində heç ayrı olmadıq!

Mən səninlə hətta məktublar vasitəsilə də danışmaq imkansızlığına dözmürəm və buna görə də, sənə açıq məktub yazmaq qərarına gəldim. Bir yolla sənə çatar, yəqin ki.

Sən bilirsən ki, biz səninlə birlikdə Soljenitsini də, Varlaam Şalamovu da, Qrossmanı da, Aksenovu da oxumuşuq. Biz tez-tez bu barədə danışmışıq ki, eyni vaxtda həbs edilən ər-arvad nə hiss edirlər. 1937-ci illərdə belə hallar olduqca çox olurdu, axı.

Amma biz təsəvvür etmirdik ki, 21-ci əsrdə 30-cu illərin repressiyaları bizi yaxalaya bilər. Dünən Qrossmanın sözlərini və onun “Həyat və tale”yini xatırladım. O, məhbusların duyğuları haqqında yazır: “üzücü qüssənin yerini nəhayətsiz opium- optimizm alır...”.

Avtoritar rejimlərin zindanlarındakı optimizm haqqında olduqca dəqiq deyilib. Elə oradaca, bir məsələdən söhbət açılırdı. 1942-ci ildə yəhudilər bir-birinə belə bir dəqiq informasiya ötürürdülər: “Hitlerə sərt ultimatum veriblər ki, bütün yəhudiləri təcili azad etsin!”.

Və adamlar buna inanırdılar. İnanırdılar, ona görə ki, bu nəhayətsiz opiumdan - optimizmdən bərk-bərk yapışmışdılar.

Amma biz realistik. Siyasət çirkli şeydir. Biz hər şeyi anlayırıq. Həyatın necə davam etməsindən asılı olmayaraq, ən pisi budur ki, mən səni görə bilmirəm. Və bu, bizim 37-imizdir.

Səni qucaqlayıram,

Leyla

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG