Accessibility links

Vəkil Əlayif Həsənov sentyabrın 15-də Kürdəxanı təcridxanasında həbsdə olan hüquq müdafiəçiləri Leyla Yunusa və İntiqam Əliyevə baş çəkib.

“Leyla Yunusun saxlanma şəraiti yolverilməzdir”, deyə o, öz facebook səhifəsində yazıb.

“Onun kamerasına daha bir cinayətkar yerləşdiriblər, o da Nuridə Hüseynovanın Leyla Yunusa qarşı hücumlarına qoşulub”.

Hər iki cinayətkar siqaret çəkir ki, bu da onsuz da təmiz hava çatışmazlığından əziyyət çəkən Yunusun sağlamlığı üçün böyük problemlər yaradır.

Cinayətkarlar hakim rejimi tərifləməklə və Leyla Yunusu dövlət əleyhinə fəaliyyətdə ittiham etməklə məşğuldurlar, vəkil yazır.

Öz növbəsində Penitensiar Xidmət Leyla Yunusun saxlanma şəraitinin yaxşı olduğunu iddia edir və ona qarşı fiziki və mənəvi təzyiq faktlarını təkzib edir.

Xatırladaq ki, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus Ermənistanın xeyrinə casusluqda, vergi ödənişindən yayınmaqda ittiham edilərək həbs ediliblər. Yunuslar ittihamı qəbul etmir.

Amnesty İnternational Leyla və Arif Yunusu “vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG