Accessibility links

Leyla Yunusun vəkili Xalid Bağıdov müdafiədən uzaqlaşdırılıb


Vəkil Xalid Bağırov
Vəkil Xalid Bağırov

Vəkil Xalid Bağırov dövlətə xəyanətdə ittiham olunan hüquq müdafiəçisi Leyla Yunusun müdafiəsindən kənarlaşdırılıb.

“Bu gün məni 1 saylı Bakı İstintaq Təcridxanasında L.Yunusun yanına buraxmadılar və dedilər ki, Baş Prokurorluğun Ağır Cinayətlər dair İşlər üzrə İstintaq İdarəsinin mənim L.Yunusun müdafiəsindən kənarlaşdırılmam haqqında məktubu var. Bunun səbəbini mənə izah etməyiblər”, Bağırov Amerikanın Səsinə bildirib.

Elə bu gün onun digər müvəkkili Rəsul Cəfərovla görüşünə də icazə verilməyib.

Xatırladaq ki, bir müddət əvvəl vəkil Cavad Cavadov da L.Yunusun müdafiəsindən uzaqlaşdırıblar və üçüncü vəkil Əlayif Həsənovun da kənarlaşdırılması ehtimalı var. Ona qarşı məhkəmədə iddia var.

XS
SM
MD
LG