Accessibility links

Bir neçə aylıq fasilədən sonra 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Leyla Yunus Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan həyat yoldaşı, tarixçi alim Arif Yunusa məktub yazıb. Məktub yerli mediada dərc olunub.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyul-avqust aylarında həbs edilib, Ermənistanın xeyrinə casusuluq edərək dövlətə xəyanətdə ittiham olunurlar. Yunuslar ittihamı siyasi sifariş hesab edir. Amnesty İnternational Yunusları "vicdan məhbusu" elan edib.

Onlar ayrı-ayrı təcridxanalarda saxlanılır, bir-biri ilə görüşə icazə verilmir.

Maraqlı məktubu diqqətinizə çatdırırıq:

Çoxdandır sənə yazmıram, məni elə sıx əhatəyə alıblar ki, sözlərim onları güllədən də betər qorxudur.

Görürsən, ikimizin də həbs müddətini avqusta qədər uzatdılar.

Məni kim dəstəkləyir? Bir tərəfdən B.Şalamov, digər tərafdən A.Soljenitsin. Bilirəm ki, səndə əmr nömrə 227-dir və Çuykov yanındadır.

Mən artıq dəqiq bilirəm, onların planlarını başa düşürəm. Bizi məhkəməyə qədər, 2015-ci ilin sonuna qədər həbsdə saxlayacaqlar. Sonra irəli sürülən bütün maddələri nəzərə alıb 10 ildən 15 ilədək həbs cəzası verəcəklər.

Mən öz təcrübəmdən çox aydın başa düşürəm...

Qorxuludur? Qorxuludur. Çox qorxuludur ki, biz artıq bir yerdə olmayacağıq – sən, mən və Dinara.

Məni kim dəstəkləyir? Bir tərəfdən B.Şalamov, digər tərafdən A.Soljenitsin.

Bilirəm ki, səndə əmr nömrə 227-dir və Çuykov yanındadır.

Bizə məlum 58-6-cı maddəni (casusluq) irəli sürüblər, stalinçilik ruhunu tam dirçəldərək.

Nəhayət, Perikl Olimpiadanın həbsxanada keçirilməsinin rüsvayçılıq olduğunu anladı. Oyunu oynadılar, lakin Periklin ruhu Olimpiya termininin istifadəsinin əleyhinədir...

Bəli, Şalamov 18 il həbsdə qaldı, Soljenitsın 8. Ancaq onlar gənc idilər. Soljenitsın həbs ediləndə 27 yaşı vardı, bizim 60.

Nəhayət, Perikl Olimpiadanın həbsxanada keçirilməsinin rüsvayçılıq olduğunu anladı. Oyunu oynadılar, lakin Periklin ruhu Olimpiya termininin istifadəsinin əleyhinədir...

Beynəlxalq Amnistiya bizim dərhal azadlığa buraxılmağımız tələbilə 50 min imza toplayıb.

Dinara bu informasiyanı Hollandiya TV-nin Birinci Kanalına ötürüb. Yeri gəlmişkən, o, Avropa KİV və TV-də çıxış edir. Onu küçədə görənlər tanımağa başlayıblar, yaxınlaşıb bizim ailəmizə heyran olduqlarını bildirirlər.

Arif, mənim əzizim. 37 il bir yerdə olduq. Sənsiz çox çətindir. Lakin biz artıq tarixə düşdük.

Fevralın 23-də Dinara Hollandiyada Sülh və Demokratiya İnstitutunu qeydiyyatdan keçirib.

İndi Yunusların rəhbərliyi ilə bizim SDİ dünyanın aparıcı hüquq-müdafiə təşkilatları ilə tərəfdaşlıq şəraitində işini davam etdirəcək.

Arif, mənim əzizim. 37 il bir yerdə olduq. Sənsiz çox çətindir. Lakin biz artıq tarixə düşdük.

Sənin Leyla

XS
SM
MD
LG