Accessibility links

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti son günlər pisləşməkdə davam edir. Diabet xəstəliyi onun gözlərində problem yaradıb. Belə ki, sol gözü tutqunlaşıb.

Məlumatlı mənbələrdən Turan agentliyinə məlum olub ki, hepatit C onun ciyərini dağıtmaqda davam edir. Bundan başqa demək olar ki, mədəsinin funksiyası pozulub, güclü diareya başlayıb və bu səbəbdən qida qəbulu ilə bağlı ciddi problemləri var (o, bir ildən çoxdur ki, isti yemək yemir). Nəticədə çox arıqlayıb (hazırda ,'kisi 40 kiloqramdan bir az çoxdur), güclü başgicəllənməsi var.

Eyni zamanda məlum olub ki, Leyla Yunus öd kisəsi daşının çıxarılması ilə bağlı əməliyyat olunmalıdır, lakin bu əməliyyatı həbs şəraitində etmək mümkün deyil.

Son vaxtlar onun həyat yoldaşı Arif Yunusun da vəziyyəti pişləşib. O, ölkədən çıxmamaq haqda iltizamla həbsdən azad edilib. A.Yunus hipertoniyadan əziyyət çəkir.

Penitensiar Xidmət bu məlumata hələ münasibət bildirməyib.

XS
SM
MD
LG