Accessibility links

Leyla Yunusun məhkəməsi dekabrın 10-dək təxirə salınıb


Leyla Yunus (Foto Ülvi Həsənlinindir)

Leyla Yunus (Foto Ülvi Həsənlinindir)

Bakı Apellyasiya Məhkəməsinin hüquq müdafiəçisi Leyla Yunusun birinci instansiya məhkəməsinin hökmündən şikayəti üzrə dekabrın 7-də keçirilən iclasında qərar çıxarılmayıb, iclas dekabrın 10-dək təxirə salınıb.

Müdafiə tərəfi məhkəmədən hüquq müdafiəçisinə bəraət verməyi və onu azad etməyi xahiş edib. İttiham tərəfi buna etiraz edib.

Dekabrın 10-da Leyla Yunusun son sözlə çıxış edəcəyi gözlənilir, bundan sonra məhkəmə qərar qəbul edəcək.

Bügünkü məhkəmə zamanı Leyla Yunusun səhhərində ciddi problemlərin olduğu görünürdü, o ağrılardan əziyyət çəkirdi və heç nə danışmırdı.

Xatırladaq ki, hüquq müdafiəçisi vergi ödənişindən yayınma, fırıldaqçılıq, mənimsəmə və s. ittihamlarla 8,5 il müddətinə azadlıqdan məhrum edilib.

Leyla Yunus ittihamları qəbul etmir, Amnesty İnterantional onu “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG