Accessibility links

Beynəlxalq təşkilatlar Leyla Yunusun azadlığa buraxılmasını alqışlayır


Arif və Leyla Yunus
Arif və Leyla Yunus

Hüquq müdafiəçisi Leyla Yunusun həbsdən azad edilməsi beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Corc Link Leyla Yunusun səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxılmasını alqışlayır.

“Leyla Yunusun bu gün azadlığa buraxılması müsbət və çox humanist jestdir. DTİHB insan haqları ilə bağlı məsələlərdə Azərbaycan hakimiyyət nümayəndələri ilə konstruktiv müzakirələri davam etdirməyə hazırdır”, M. Corc bildirib.

Avropa Şurasının Baş katibi Thorbyorn Yaqland Leyla Yunusun azadlığa buraxılması haqda fikirlərini belə ifadə edib: "Leyla Yunusun həbsdən çoxdandır vaxtı çatmış azad edilməsi məni yüngülləşdirdi. Ümid edirəm ki, o indi sağlamlığının tam bərpasına başlaya və bu çətin sınağı arxada qoya biləcək. Bu gün eyni zamanda, fikirlərimiz hazırda Azərbaycanda həbsdə olan digər hüquq müdafiəçilərinin yanındadır.”​

Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brasser də Twitter hesabında Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılmasını alqışlayıb.

Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisini bu gün azadlığa buraxıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG