Accessibility links

Azərbaycan LGBT-çiləri Orlando terroronu pisləyir


LGBT-çilər Orlando terroronu pisləyir

LGBT-çilər Orlando terroronu pisləyir

Bu barədə Amerikanın Səsinə Nəfəs LGBT Azərbaycan Alyansından bildiriblər

ABŞ-ın Florida ştatının Orlando şəhərində baş verən terror aktı nəticəsində həlak olan LGBT-çilərə başsağlığı və terrora qarşı mübarizəyə həmrəylik göstərmək üçün Nəfəs LGBT Azərbaycan Alyansı iyunun 13-də ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib. Bu barədə Amerikanın Səsinə Nəfəs LGBT Azərbaycan Alyansından bildiriblər.

Nəfəs

Nəfəs

Onlar əllərində "Homophobiyaya son!", "Homofobiya öldürür!" şüarları qaldırıb.

“Biz Amerika xalqının bu faciəni aradan qaldıracağına və demokratiya uğrunda mübarizəni davam etdirəcəyinə ümid edirik", alyansın məlumatında deyilir.

İyunun 12-də ABŞ-ın Florida ştatının Orlanda şəhərində geylərin gecə klubuna silahlı hücum olub.Nəticədə 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

Prezident Obama hücumu "terror və nifrət aktı" kimi dəyərləndirib.

Qətliamı törətməkdən az öncə qatil Ömər Mətin 911-ə zəng edərək İŞİD-i təmsil etdiyini bildirib.

İŞİD bir qayda olaraq öz tərəfdarlarını Qərbdə mülki vətəndaşlara qarşı hücumlar həyata keçirməyə həvəsləndirir.

XS
SM
MD
LG