Accessibility links

Əli Abdulla Saleh müxalifətin ölkəni dərhal tərk etməsi tələbini rədd edib (Yenilənib)

  • Amerikanın səsi

Əli Abdulla Saleh müxalifətin ölkəni dərhal tərk etməsi tələbini rədd edib (Yenilənib)

Əli Abdulla Saleh müxalifətin ölkəni dərhal tərk etməsi tələbini rədd edib (Yenilənib)

Yəməndə Salehin 32 illik hakimiyyətinə son qoyulması tələbi ilə hökumət əleyhinə nümayişlər davam edir. Dünənki qarşıdurmalr zamanı öldürülənlərin dəfn mərasimindən sonra Latakia şəhərində minlərlə insanın keçirdiyi nümayiş təhlükəsizlik qüvvələri tərəfindən dağıdılıb. Nəticədə iki adam həlak olub. Digəri ikisi isə yaralanıb. Yəmən prezidenti Əli Abdulla Saleh isə müxalifətin ölkəni dərhal tərk etməsi tələbini rədd edib. Dövlət nəzarətində olan SABA xəbər agentliyi cənab Salehə istinadən bidlirib ki, onun legitim səlahiyyətləri möhkəm və sabitdir. Bu gün Sanada şeyxlər və yerli rəsmilər qarşısında danışan Saleh bildirib ki, hökumətinin nümayəndələri dağ qədər möhkəmdir və baş verənlərin onlara təsiri olmayacaq. Dünən o, hakimiyyətin kinli və korrupsiyalaşmış deyil, təhlükəsiz əllərə keçdiyi təqdirdə istefa verə biləcəyini demişdi.

XS
SM
MD
LG