Accessibility links

Yəməndə atəşkəs əldə edilə bilər

  • Amerikanın səsi

Yəməndə atəşkəs əldə edilə bilər

Yəməndə atəşkəs əldə edilə bilər

Yəmənin hökumət rəsmiləri müxalifətlə Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə yeni atəşkəs barədə razılıq əldə edildiyini bildirir. Hər iki tərəfin təmsilçiləri planın qəbul ediləcəyini deyir. Bir həftə bundan əvvəl ilkin atəşkəs pozulmuşdu.

Yəmənin paytaxtı Sanada prezident Əli Abdulla Salehin qüvvələri müxalif liderlərin evlərini bombalayıb. Raket hücumları dissident qəbilə başçısı Şeyx Sadiq əl-Əhmarın evi yerləşdiyi Əl-Həsəbə rayonunda həyata keçirilib. Dünənki döyüşlər zamanı 7 adam həlak olub. Onlar rasında yüksək səviyyəli hökumət adamları da var.

Prezident sarayına hücum zamanı Yəmən prezidenti Əli Abdulla Saleh yaralanıb. Cənab Saleh prezident sarayındakı məsciddə ibadət edərkən raket hücunu nəticəsində yaralanıb. Hücum zamanı bir neçə yüksək səviyyəli rəsminin yaralandığını bildirilir. Onlar arasında baş nazir və parlament spikerinin də olduğu deyilir.Bu arada,Yəmən hökuməti prezident Salehin Səudiyyə Ərəbistanında müalicə edildiyinə dair xəbərlərin yanlış olduğunu bildirib.

Yanvar ayında Salehin hakimiyyəti əleyhinə etiraz aksiyaları nəticəsində 400-ə yaxın adam həlak olub.

XS
SM
MD
LG