Accessibility links

Əli Hamid İman azadlığa çıxdı


Təbrizdə dərc olunan “Şəmsi Təbriz” qəzetinin baş redaktoru Əli Hamid İman sərbəst buraxılıb. Dörd gün öncə İranın xüsusi xidmət orqanları tərəfindən saxlanılmış cənab İman bu barədə özünün Facebook səhifəsində məlumat verib. Amma Əli Hamid İmanla bərabər saxlanılmış Əli Ağazadənin (Haray) taleyi haqda məlumat yoxdur.

Cənab İman Ağazadənin onunla bərabər tutulduğunu təsdiq edib, amma başqa məlumata malik olmadığını söyləyir.

Mayın 19-da Ettealat xidmətinə mənsub olduqları güman edilən 10 mülki geyimli şəxs qapadılmış "Şəmsi Təbriz" qəzetinin redaksiyasına reyd keçirərək redaktorları saxlayıblar. Məmurlar qəzetin ofisindən əlyazmalar, kitablar, kompüterlər və başqa ləvazimatlar müsadirə ediblər. Daha sonra həmin şəxslər İmanı müşayiət edərək onun evinə getmiş və orada da bir sıra yazılı materialları müsadriə etmişlər.

Əli Hamid İman deyir ki, ona qarşı rəsmi ittiham irəli sürülməyib. Bir gecə polis idarəsində saxndıqdan sonra o, Təbrizin ədliyyə idarəsinə aparılıb. Burada hakim onun azad olunmasına göstəriş verib.

XS
SM
MD
LG