Accessibility links

O deyib ki, Azərbaycan “Avroviziya” mahnı yarışması keçirir, gey-parad yox.

APA-nın məlumatına görə, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mayın 21-də jurnalistlərə açıqlama verib. O deyib ki, “Avroviziya” mahnı müsabiqəsi ilə bağlı Azərbaycana qarşı əks-təbliğat əsasən iki yerdən aparılır: “Bunların biri İrandır. Olmayan şeylərdən danışırlar, məsələn, deyirlər ki, Bakıda gey-parad keçirirlər. Bununla bağlı biz İranı dəfələrlə xəbərdar etmişik. Mən bununla bağlı İrana səfər də etdim. Dedik ki, siz bizə müdaxilə etməyin, biz də sizə. Hər cümə namazından sonra anti-Azərbaycan şüarları ilə aksiyalar keçirirlər. Bilmirəm gey-parad onların beyninə haradan düşüb? Biz Azərbaycanda “Avroviziya” mahnı yarışması keçiririk, gey-parad yox. Ümumiyyətlə, Azərbaycan dilində gey-parad sözü yoxdur, onlarda isə var.

İran Azərbaycan dövlətinin şiə dövləti olduğunu iddia edir. Halbuki Azərbaycanda məzhəb məsələsində ayrı-seçkiliyə yol verilmir. Bizi hərə öz məzhəbinə çəkmək istəyir: vəhhabilər, nəqşibəndilər, nurçular və sair. Ancaq biz “Quran”ın, peyğəmbərin təlqin etdiyi kimi müsəlman olmaq istəyirik.

İran istəyir ki, Azərbaycan onun dostları ilə dost, düşmənləri ilə düşmən olsun. Ancaq bizim öz müstəqil xarici siyasətimiz var. İranın dostunun bizim dostumuz, düşməninin bizim düşmənimiz olması mütləq deyil. Eyni zamanda biz Qərbin də anti-İran siyasətində iştirak etmirik. Həmçinin Azərbaycan İranın, İran da Azərbaycanın hədəfində ola bilməz. İran müsəlman ölkəsidir, orada bizim 30 milyon soydaşımız yaşayır”.

XS
SM
MD
LG