Accessibility links

Əli Əkbər Salehi İranın xarici işlər naziri qismində ilk səfərini Türkiyəyə edib


Əli Əkbər Salehi İranın xarici işlər naziri qismində ilk səfərini Türkiyəyə edib

Əli Əkbər Salehi İranın xarici işlər naziri qismində ilk səfərini Türkiyəyə edib

Əli Əkbər Salehi İranın xarici işlər naziri qismində ilk səfərini İqtisadi Əməkdaşlıq Təşkilatının yığıncağında iştirak etmək üçün Türkiyəyə edib. Cənab Salehi İran, Türkiyə, Əfqanıstan, Pakistan və Orta Asiya dövlətlərinin daxil olduğu regional qrup üzvləri ilə görüşmək üçün bu gün İstanbula gedib. Onun eləcə də qrupa daxil olan dövlətlər arasında iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsi yollarının araşdırılması barədə müraciəti planlaşdırılır.

Türkiyəyə səfər prezident Mahmud Əhmədinejadın xarici işlər naziri Mənuçehr Mottəkini gözlənilmədən işdən azad etməsindən və Tehranın nüvə məsələləri üzrə rəhbəri Salehini həmin vəzifəyə təyin etməsindən bir həftə sonraya təsadüf edir.

XS
SM
MD
LG