Accessibility links

Əli Əkbər Salehi İranın yeni xarici işlər naziri olacaq


Əli Əkbər Salehi İranın yeni xarici işlər naziri olacaq

Əli Əkbər Salehi İranın yeni xarici işlər naziri olacaq

İran parlamenti ölkənin sabiq nüvə enerjisi məsələləri üzrə rəhbərinin xarici işlər naziri vəzifəsinə təyinatını təsdiq edib. Dövlət televiziyası xəbər verir ki, Əli Əkbər Salehi 241 millət vəkili arasında 146-sının səsini qazanıb.

Məruzə ilə çıxış edən Salehi parlamentə bildirib ki, nüvə məsələsi İran xarici siyasətinin başlıca prioritetidir. O, həmçinin əlavə edib ki, İran qonşularla təhlükəsizliyi gülcəndirməyə can atacaq və bu təhlükəsizlik xarici qüvvələrin regiondan çıxarılması ilə bağlıdır.

İranın nüvə proqramına rəhbərlik edən Salehi uzun müddət proqramı onun hərbi mahiyyət daşıdığından şübhələnən Qərb dövlətləri qarşısında müdafiə edib. Prezident Mahmud Əhmədinejad Salehini onun sələfi Mənuçehr Motəkkini dekabrda qəfildən vəzifədən azad etidkən sonra xarici işlər naziri təyin edib.

XS
SM
MD
LG