Accessibility links

Əli Kərimli:Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir (Audio)


Əli Kərimli:Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir (Audio)

Əli Kərimli:Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir (Audio)

Sual:Nümayişlərdən sonrakı durum, həbs olunanlar, cinayət işi qaldırılanlarla bağlı nə deyə bilərsiniz?

Cavab: Həbs olunanların sayı 30-a yaxındır. İnzibati qaydada həbs edilənlər hələ də polis tərəfindən saxlanılır. 5 nəfət haqğqında cinayət işi qaldırılacağı bildirilib, lakin hələ rəsmən elan edilməyib. AXCP-dən Fuad Qəhrəmanlıya, Müsavatdan isə Arif Hacılıya qarşı belə bir ittiham irəli sürüləcəyi ehtimal olunur. 30 adama 7, 8, 10, 13 sutkalıq həbs cəzası verilib. Dünən mitinqdən sonra 300-dən artıq adam nəzarət altına alınıb. Onlar müxtəlif üsullarla incidilib. Bəziləri gecə saat birdə, ikidə şəhər kənarında tək-tək, bəziləri döyülüb sonra buraxılıb. Bəzilərinə xəbədarlıq edilib. Cərimə olunanlar var. Amma, dediyim kimi, xeyli adam da inzibati qaydada cəzalandrılıb. Bir çox adam ağır xəsarət alıb. O cümlədən, Xalq Cəbhəsinin funksiyaneri Ramiz Kamalın qolu sındırılıb. Partiya şöbələrindən birinin sədri olan Təzəxan Mirələmova ağır xəsarət yetirilib. Onun şəkilləri yayılıb. Mirələmov çox pis halda döyülüb. Sutkalıq həbs verilənlər arasında olan İnqilab Kərimova qəddarlıq edilib. Sifətinin görünməməsi üçün onu həbsdə saxlayırlar.

Sual: AXCP Məclisinin sədri Həsən Kərimov dünən polisə aparıldıqdan sonra vəziyyəti ağırlaşıb. Siz, bu gün onu ziyarət etmisiniz. Vəziyyəti necədir?

Cavab: Həsən bəyin vəziyyəti indi də ağırdır. O, iki dəfə infarkt keçirən, iki övladını itirərək faciələr yaşayan bir insandır. Həsən bəyin səhhəti onsuz da yaxşı deyildi. Məhz buna görə, biz ona partiyanın rəsmi qərarı ilə mitinqə getməyə icazə verməmişdik. O, dostları ilə bərabaər başqa bir cəbhəçinin evində qonaq idi. Mitinqdən sonra, polis həmin evə basqın edib, qapını sındıraraq Həsən Kərimovu həbs edib. O, saat 5-dən 22-dək kiçik, 6-7 nəfər üçün nəzərdə tutulmuş kamerada 54 adamla birlikdə saxlanıb. Havasızlıq şəraitində Həsən Kərimovun səhhəti pisləşib. Hazırda o, üçüncü infarkt həddinə çatıb. Onların özləri təcili yardım maşını çağırıb, onu 4 nömrəli şəhər xəstəxanasının reanimasiya şöbəsinə aparıblar. Qaçacaqmış kimi qapısına polis də qoyublar. Mən getdim, onu gördüm. Şükür ki, salamatdır. Özündədir. Biz, onunla danışdıq. Amma, vəziiyəti ağırdır. Vəziyyətinin ağırlığını həkimlər təsdiq etdikdən sonra, onu Mərkəzi Klinik xəstəxanaya göndərdilər. Müəyyən proseduralardan sonra, Həsən Kərimovu əməliyyat üçün Türkiyəyə göndərməyi planlaşdırırıq.

Sual: Siz etiraz aksiyalarınızı davam etdirəcəyini bəyan etmisiniz. Planlar nədir?

Cavab: Əlbəttə, etiraz aksiyalarını davam etdərəcəyik. Bu, birmənalıdır. Hal-hazırda tutulanların müdafiəsi ilə məşğuluq. Başlanmış cinayət işi absurd bir cinayət işidir. Bu, birmənalı şəkildə hökumətin üzünün quraşdırdığı cinayət işidir. Tam məsuliyyətlə deyirəm ki, orada vitrinləri dövlətə bağlı olan qeyri-leqal qurumlar məqsədli şəkildə qırıb. Bir nəfər də nümayişçi tərəfindən heç bir vitrin qırılmayıb. Bizim sahibkarlarla nə işimiz var? Biz mitinq keçirmirik ki, kiminsə vitrinini sındıraq. Biz bir miyon insanı meydana yığmışıq, amma bir nəfərin də şüşəsi sındırılmayıb. Bu qədər kamera, foto-aparat, vdieoların heç biri polisə qarşı zorakılıq olduğunu nümayiş etdirə bilməz.

Sual: Şəxsən sizə təhdidlər olubmu?

Cavab: Mənə qarşı təzyiqlər artıq silsilə xarakter daşıyır. Üç dəfə mənim evimin qarşısında əxlaqsız şəkildə aksiyalar keçirilib. Bu aksiyalar birbaşa İlham Əlieyvin göstərişi ilə keçirilir. Bu kampaniya onun təfəkkürünə və fikrinə uyğun formada aparılır. İnsanlığa, azərbaycalılığa yaraşmayan bir şəkildə kampaniyalar aparılır. Bunlar hamısı qorxu, təşviş, rəqabətə dözümsüzlüyün nəticəsidir. Mən tam əminliklə deyirəm ki, belə çirkin kampaniyalarla məni mübarizəmdən döndərmək mümkün deyil. Azərbaycan xalqı kimin kim olduğunu yaxşı bilir. Məni bu kampaniya qorxuda bilməz. Növbəti aksiyalara daha ciddi hazırlaşacağıq.

XS
SM
MD
LG