Accessibility links

Əli Xamneyi: Ölkədə ikitirəlik yarandığı haqda fikirlər yayılmamalıdır


Əli Xamneyi: Ölkədə ikitirəlik yarandığı haqda fikirlər yayılmamalıdır

Əli Xamneyi: Ölkədə ikitirəlik yarandığı haqda fikirlər yayılmamalıdır

Ayətullah Xamneyi deyib ki, ictimai təhlükəsizliyi, xüsusən cəmiyyətin mənəvi-psixoloji təhlükəsizliyini təmin etmək hüquq mühafizə orqanlarının başlıca vəzifələrindəndir. Ölkədə hazırkı vəziyyət sabit və qənaətbəxşdir, xalqın ruhu isə sarsılmazdır.

İranın dini lideri ayətullah Əli Xamneyi aprelin 24-də hüquq mühafizə orqanlarının bir qrup vəzifəli şəxsi ilə görüşüb.
“Media forum” saytının məlumatına görə, ayətullah Xamneyi deyib ki, ictimai təhlükəsizliyi, xüsusən cəmiyyətin mənəvi-psixoloji təhlükəsizliyini təmin etmək hüquq mühafizə orqanlarının başlıca vəzifələrindəndir. “Ölkədə hazırkı vəziyyət sabit və qənaətbəxşdir, xalqın ruhu isə sarsılmazdır. Vəzifəli şəxslər, siyasi və mədəni elita, həmçinin mətbuat və informasiya agentlikləri ölkədə guya sabitliyin pozulması və ikitirəlik yarandığı haqda fikirlər yaymamalıdır. Çünki, bunlar həqiqətə uyğun deyil”.
Dini lider xarici kütləvi informasiya vasitələrinin ölkədə fikir ayrılığı yaratmağa cəhd göstərdiyini də vurğulayıb. “Bizim mülahizələrimiz və mətbuatımız elə olmalıdır ki, onlar arasında fikir ayrılığının olması barədə rəy formalaşmasın, əgər ziddiyyət varsa da buna görə qaşqabaq sallamaq və özgə mətbuatın əlinə bəhanə vermək lazım deyil”.

XS
SM
MD
LG