Accessibility links

Əli Xamneyinin nümayəndəsi Azərbaycana buraxılmayıb


Nümayəndənin geri qaytarılmasının səbəbləri barədə izahat verilmir

Seyid Əli Xamneyinin nümayəndəsi Fərid Əsrinin Azərbaycana daxil olmasına icazə verilməyib. Bu barədə APA Agentliyinə İranın Azərbaycandakı müvəqqəti işlər vəkili Seyid Əhməd Neməti bildirib.

Onun sözlərinə görə, F. Əsiri hava limanından İrana geri qayıdıb.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bugünkü mətbuat konfransında Fərid Əsrinin Bakı aeroportundan geri qaytarılması ilə bağlı məsələyə münasibət bildirib.
APA Agentliyinin İRİB-ə istinadən verdiyi məlumata görə, R. Mehmanpərəst deyib ki, İran mümkün təxribat cəhdlərinə qarşı Azərbaycan rəsmilərinin təmkinlə rəftar etmələrini gözləyir. “İki ölkə arasında münasibətlərin pozulmasına yol verilməməlidir. Bəzi qüvvələr təxribata cəhd edib, region ölkələri arasında münasibətlərə xələl gətirmək istəyir. Bölgə dövlətlərinin bu planların qarşısında ayıq-sayıq olması lazımdır. Hazırda böhran dalğası genişlənməkdədir”.

XS
SM
MD
LG