Accessibility links

Böyük Britaniyanın keçmiş müdafiə naziri: İran və Rusiya regionda destruktiv rol oynayır


Böyük Britaniyanın keçmiş müdafiə naziri Liam Foks
Böyük Britaniyanın keçmiş müdafiə naziri Liam Foks

Azərbaycan yaxşı bilir ki, Tehran rejimi siyasi, şiə islamını başqa ölkələrə ixrac etmək istəyir və Azərbaycanda sabitliyə təhlükə yaradır. NATO Cənubi Qafqaz regionunda Türkiyə, Azərbaycan və Gürcüstanla fəal əməkdaşlıq etməlidir.

Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, keçmiş müdafiə naziri Liam Foks bu gün Azərbaycan prezidenti yanında Araşdırmalar Mərkəzində çıxış edib.
O, Cənubi Qafqaz regionunun və dünyanın problemləri, çağırışları ilə bağlı fikirlərini söyləyib, geosiyasətdə qlobal prosesləri qiymətləndirib, vəziyyətin inkişaf perspektivləri ilə bağlı rəyini bölüşüb.
Cənab Foks deyib ki, iki qüvvənin qarşı-qarşıya durduğu soyuq müharibə dövrü çoxqütblü dünyanın qarşıdurması ilə əvəzlənib. Hazırda iki deyil, eyni zamanda bir neçə siyasi sistem bir-birinə qarşı dayanıb. Bunlar yeni nüvə dövlətləri, regional qüvvələr və dini qruplaşmalardır. Bu cür təhlükə mənbəyi kimi Pakistan və İranı göstərib.
Bu mənada Avropa və Qərb mühüm regional oyunçu kimi Türkiyəyə arxalanmalı, Ankara ilə Avropa İttifaqının yaxınlaşmasına yardım etməlidir.
Azadlıq və demokratiya kimi ictimai dəyərlərə gəlincə, cənab Foksun sözlərinə görə, təhlükəsizlik və azadlıq arasında seçim aparmaq olmaz. Lakin istənilən halda Qərb üçün azad bazar, qanunun aliliyi və əsas azadlıqlar prioritet olaraq qalır.
Bu baxımdan Azərbaycan bu prioritetləri təmin etməyə çalışmalıdır. O, Gürcüstanı nümunə göstərərək deyib ki, cənab Saakaşvili hökuməti korrupsiyaya qalib gələ bildi.
Hərbi-siyasi vəziyyətə toxunan keçmiş müdafiə naziri Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğal olunduğunu qeyd edib. O həmçinin deyib ki, Qarabağ münaqişəsinin özünü və Qarabağ ətrafında ərazilərin işğalını bir-birindən ayırmaq lazımdır. L.Foks torpaqların işğalı amilindən danışıqlarda xırda pul kimi istifadə olunması ilə bağlı durumu dözülməz adlandırıb.
O əsas regional təhlükələr sırasında İranı və onun nüvə proqramını göstərib. Mövcud olduğu 30 il ərzində bu rejim heç də dəyişməyib və “Hezbollah”, “Həmas” kimi terrorçu təşkilatları dəstəkləyərək öz aqressiv siyasətini davam etdirir. Əgər onlar nüvə silahını əllərinə alsalar, beynəlxalq sabitliyə təhlükə daha da real olacaq.
Azərbaycan hakimiyyəti yaxşı bilir ki, Tehran rejimi siyasi, şiə islamını başqa ölkələrə ixrac etmək istəyir və bu, Azərbaycanda sabitliyə təhlükə yaradır.
O, digər təhlükə kimi Rusiyanı göstərib. Belə ki, bu ölkə sabitliyə mənfi təsir göstərə bilər. Necə ki, bu 2008-ci ilin avqustunda Gürcüstanın bir hissəsinin işğalı zamanı baş vermişdi. Bu mənada Rusiya Qarabağ münaqişəsinə təsir göstərmək üçün maksimum imkanlara malikdir. Bu təsir demokratik Qərbin təsirindən xeyli böyükdür.
Bu təhlükələrin qarşısını almaq üçün NATO Cənubi Qafqaz kimi strateji baxımdan mühüm regionda öz tərəfdaşları ilə, Türkiyə, Azərbaycan və Gürcüstanla fəal əməkdaşlıq etməlidir.
Əsasən Qarabağ münaqişəsinin nizamlanmasında vəziyyətdən çıxış yolu barədə auditoriyanın sualının cavabında L.Foks Şimali İrlandiyanı misal çəkib. Burada iqtisadi maraqlar separatizm maraqlarına üstün gəlib və adamları ayrı deyil, vahid dövlətdə yaşamağa cəlb edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG