Accessibility links

Leonardo Dikaprio təkcə istedadlı aktyor deyil, həm də xeyriyyəçidir.

39 yaşlı aktyor Kaliforniya ştatının Laquna çimərliyində yeddinci ildir ki, düzənlənən Okean SeaChange maliyyə toplama mərasimində fəxri qonaq olub.

Mərasim okeanın müdafiəsinə həsr edilib. Bu növ məsələlərdə Leo həmişə birinci olub. “Uol Street Canavarı” filminin ulduzu görünür okean sahilində bir neçə gün keçirəndən sonra əməlli başlı saqqal buraxıb.

Miranda Kosqrou, Laura Dern və Cenna Uşkoviç kimi ulduzlar qarşısında çıxış etmək üçün Dikaprio səhnəyə belə çıxıb.

Bütün bunların nəticəsi kimi bir gecədə mərasim təşkilatçıları 1.4 milyon dollar toplaya bilib.

XS
SM
MD
LG