Accessibility links

Eboladan 1229 adam dünyasını dəyişib [Fotoqalereya]


Ümumdünya Səhiyyə Təşkilatı Afrikanın qərbində Ebola virusuna yoluxmuş əlavə 84 insanın ölümünün virusdan ölənlərin ümumi sayını 1229-a çatdırdığını bildirib.

BMT-nin səhiyyə agentliyi ötən həftə sonu 113 yeni virusa yoluxma halı da daxil edilməklə, xəstələrin sayının 2240 nəfərə çatdığını bildirib.

Yeni ölüm hallarının əksəriyyəti Liberiyada qeydə alınıb.

Bazar günü Monroviyada silahlı şəxslər təcrid olunmuş tibb mərkəzinə hücum edib. 17 Ebola virusu daşıyıcısı mərkəzdən qaçıb.

Reuter xəbər agentliyi hökumət sözçüsünə istinadən bildirib ki, mərkəzdən qaçan Ebola virusu daşıyıcılarının yerləri müəyyən edilib və onlar digər tibbi mərkəzlərə yerləşdirilib.

Sərhədsiz Həkimlər tibbi yardım qrupu Monroviyada 120 yataqdan ibarət yeni Ebola müalicə mərkəzi açdıqlarını deyib.

Virusun həkimlər və mərkəzin işçilərinə keçə biləcəyindən ehtiyat edilərək şəhərin bir çox səhiyyə mərkəzləri bağlanıb.

XS
SM
MD
LG