Accessibility links

Liberiyanın sabiq prezidenti müharibə və bəşəriyyətə qarşı cinayətlərdə günahkar bilinib

  • Amerikanın səsi

Liberiyanın sabiq prezidenti Çarlz Teylor müharibə və bəşəriyyətə qarşı cinayətlərdə günahkar bilinib. Haaqa trubunalının Siera Leone ilə bağlı məhkəməsində onun insan hüquqlarını kobud şəkildə pozduğu irəli sürülüb. Baş hakim Teylorun zorlama, qətl, seksual quldarlıq, azyaşlı uşaqların hərbi əməliyyatlara cəlb edilməsi daxil olmaqla 11 maddə üzrə ittiham edildiyini bildirib.

Teylor 1946-cı il Nüremberq prosesindən sonra beynəlxalq tribunal tərəfindən ittiham edilən ilk dövlət başçısıdır. Liberiyanın sabiq prezidenti üzərində hökm may ayının 30-da çıxarılacaq. Çarlz Teylor günahsız olduğunu iddia edərək, apellyasiya məhkəməsinə müraciət edəcəyini bildirir.

5 il davam edən məhkəmə prosesi 250 milyon dollara başa gəlib. Bu məbləğ üzəl iayənələrdən əldə edilib.

XS
SM
MD
LG