Accessibility links

Liviyanın baş naziri Əli Zeydan sabiq üsyançılar tərəfindən oğurlandıqdan bir neçə saat sonra azadlığa buraxılıb.O, heç bir xəsarət almadan hökumət binasına qayıdıb.

Rəsmilər onun sərbəst buraxılması barədə dərhal ətraflı məlumat verməyib. Üsyançılar bu gün sübh tezdən baş naziri Tripolidə yaşadığı mehmanxanadan oğurlayıb.

Liviya Üsyançılarının Əməliyyat Otağı adı ilə tanınan qrupun üzvləri baş naziri həbs etdiklərini bəyan etmişdi.

Qrup cənab Zeydan hökumətini ABŞ xüsusi qüvvələrinin şənbə günü Liviyada keçirdiyi reyd zamanı Əl-Qaidə üzvü Əbu-Anas Əl-Libininin ələ keçirilməsində rol oynamaqda təqsirli bilir. Əl-Libi Dəniz Donanma gəmisində saxlanılır.

Liviya hökuməti Əl-Libinin həbsini oğurluq adlandıraraq, ABŞ hökumətini əməliyyata aydınlıq gətirməyə çağırıb. Cənab Zeydan ölkəsinin Birləşmiş Ştatlarla yaxşı münasibətlər saxlamaq istədiyini, lakin Liviya vətəndaşlarının Liviyada mühakimə edilməli olduğunu bildirib.
XS
SM
MD
LG