Accessibility links

Liviya üsyançıları Türkiyədən dəstək aldı


Liviya üsyançıları Türkiyədən dəstək aldı
Liviya üsyançıları Türkiyədən dəstək aldı

Liviyada Müəmmar Qəzzafinin 42 illik hakimiyyətinə son qoymaq uğrunda mübarizə aparan üsyançılar regionun qüdrətli dövləti olan Türkiyədən dəstək alıb. Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu bazar günü bildirib ki, Ankara Milli Keçid Şurasını Liviya xalqının legitim təmsilçisi kimi tanıyır.

“Türkiyə Liviya xalqının tələbləri və Liviyanın birliyinə dəstək verir. Bununla yanaşı, biz yol xəritəsini elan etdik və bu yol xəritəsi bu keçidin əsas prinsiplərini göstərir. Biz düşünürük ki, Milli Şura, Milli Keçid Şurası bu məqsədlərə çatmaq üçün Liviya xalqının legitim təmsilçisidir.”

Davutoğlu deyib ki, Türkiyə hökuməti iyun ayında üsyançılar üçün 100 milyon dollara əlavə olaraq, Milli Keçid Şurasına daha 200 milyon dollar ayıracaq.

Liviya üsyançılarının lideri Mustafa Abdel Cəlil bildirib ki, müxalifət hərəkatı cənab Qəzzafi istefa verdiyi halda onun ölkədə qalmasına imkan vermək niyyətindədir və beynəlxalq nəzarətə razıdır.

“Bu həll yolu əvvəllər də təklif edilmişdi. Biz bilirik ki, Qəzzafi prezident olmadığını desə də, o, ölkənin prezidentidir. Lakin biz onun ölkə prezidenti deyil, silahlı qüvvələrin Ali komandanı olduğuna dair bəyanatından çıxış edərək, Qəzzafiyə dinc həll yolu təklif edirik ki, o istefa versin və öz qüvvələrinə geri çəkilmək əmri versin. Bu məqamda o həll etməlidir ki, Liviyada qalır, yoxsa xaricdə.”

Cəlil deyib ki, hələlik təklifə cavab gəlməyib. Cənab Qəzzafi üsyançılara qarşı sona qədər mübarizə aparacağına söz verib.

XS
SM
MD
LG