Accessibility links

Liviyanın Milli Keçid Şurası Təhlükəsizilk Şurasının sanksiyaları qaldırmasını istəyir

  • Amerikanın səsi

Liviyada müvəqqəti hökumətin baş naziri Mahmud Cibril

Liviyada müvəqqəti hökumətin baş naziri Mahmud Cibril

Liviyanın Milli Keçid Şurasının lideri BMT Təhlükəsizlik Şurasının Liviyaya qarşı qüvvədə qalmaqda olan sanksiyaları aradan qaldırmasını istəyib. Müvəqqəti hökumətin Baş naziri Mahmud Cibril bu gün Nyu-Yorkda bildirib ki, sanksiyalar Milli Keçid Şurasının vətəndaşların ümdə ehtiyaclarını ödəmək üçün fəaliyyət göstərməsinə mane olur. Təhlükəsizlik Şurası Liviya hesablarında 16 milyard dollar məbləğində maliyyənin istifadəsinə imkan verib. Milli Keçid Şurası dondurulmuş digər hesablar üzərində qadağanın götürülməsini istəyir.

XS
SM
MD
LG