Accessibility links

Liviya hökumət qüvvələri Sirtedə hücumları davam etdirir (YENİLƏNİB)

  • Amerikanın səsi

Liviya hökumət qüvvələri Sirtedə hücumları davam etdirir (YENİLƏNİB)

Liviya hökumət qüvvələri Sirtedə hücumları davam etdirir (YENİLƏNİB)

Liviya müvəqqəti hökumətinin qüvvələri ölkənin keçmiş lideri Müammar Qəzzafinin doğma şəhəri Sirtedə ona sadiq qüvvələrlə ağır döyüşlər aparır.

Şəhərdə irəliliyişə nail olmağa çalışan Milli Keçid Şurasının döyüşləri Qəzzafi tərəfdarlarının ciddi müqaviməti ilə qarşılaşır.
Milli Keçid Şurasının qüvvələrinin irəliləməsini qum tufanı da çətinləşdirib. Döyüş gedən zaman başlamış güclü qum tufanı hücumun davam etdirilməsinə və sakinlərin şəhəri tərk etməsinə mane olmuşdur.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Milli Keçir Şurasının döyüşçüləri bu gün Sirtedə əsas yollardan birinin nəzarətini ələ keçirib. Bu, onların şəhərin mərkəzinə doğru irəliləməsinə kömək edə bilər.

Müvəqqəti hökumət döyüşçüləri üç həftədir Sirtenin nəzarətinin ələ keçirilməsi uğrunda döyüşlər aparır.

Paytaxt Tripolidən 360 kilometr şərqdə yerləşən Sirte keçmiş liderə sadiq qüvvələrin hələ də müqavimət göstərməyə davam etdiyi yerlərdən biridir.

XS
SM
MD
LG