Accessibility links

Cənab Qəzzafi televiziya vasitəsi ilə çıxış edib


Cənab Qəzzafi televiziya vasitəsi ilə çıxış edib

Cənab Qəzzafi televiziya vasitəsi ilə çıxış edib

Bu gün cənab Qəzzafi dövlət televiziyasında xarici əməliyyatların hökumət əleyhinə üsyanlara səbəb olduğunu təkrar etmişdir

Liviya Lideri Müəmmər Qəzzafi deyib ki, ölkə üzərindən uçuşlara qadağa qoyulduğu təqdirdə liviyalılar Qərbə qarşı silahlanacaqlar.

Bu gün Türkiyənin TRT televiziya kanalında yayımlanan müsahibədə cənab Qəzzafi bildirib ki, belə bir addım Qərb dövlətlərinin niyyətinin Liviya neftini ələ keçirmək olduğunu liviyalılara sübut edəcək.

Bu gün cənab Qəzzafi dövlət televiziyasında xarici əməliyyatların hökumət əleyhinə üsyanlara səbəb olduğunu təkrar etmişdir.

Zentan şəhərindən bir qrup insan qarşısında çıxış edən Qəzzafi baş verənlərə görə Əfqanıstan, Əlcəzair, Misir və Fələstin ərazilərindən olan üsyançı elementləri günahlandırıb.

XS
SM
MD
LG