Accessibility links

Koalisiya Liviyada yeni obyektləri hədəf alır (YENİLƏNİB)


Koalisiya Liviyada yeni obyektləri hədəf alır (YENİLƏNİB)
Koalisiya Liviyada yeni obyektləri hədəf alır (YENİLƏNİB)

Hərbi obyektlərə 12-dən çox qanadlı raket atılıb

ABŞ hərbi qüvvələrinin verdiyi məlumata görə, koalisiya qüvvələri Liviyanın qeyri-uçuş zonasına əlavə 12 qanadlı raket atıb. ABŞ-ın hərbi rəsmiləri raket hücumlarının bazar günü axşamdan bazar ertəsinədək davam etdirildiyini bildiriblər. ABŞ rəsmisi eyni zamanda, qeyd edib ki, Britaniyanın Liviya liderinin sarayına etdiyi hava hücumları onun hərbi qüvvələrini hədəf alıb.

Hücum nəticəsində qərərgah ərazisində yerləşən binaya ciddi zərər dəyib. İtkilər barədə heç bir söz deyilmir.

ABŞ Britaniya, Fransa və başqa müttəfiqlərlə bərabər BMT-nin qərari ilə qeyri-uçuş zonası hesab edilən ərazidə əməliyyatları gücləndirib. Qeyri-uçuş zonası Liviya vətəndaşlarını Qəzzafi tərəfdarı qüvvələrin hücumlarından qorumaq məqsədi daşıyır.

XS
SM
MD
LG