Accessibility links

ABŞ Liviyanın dondurulmuş kapitalının üsyançılara veriləcəyinə ümid edir (Yenilənib)


ABŞ Liviyanın dondurulmuş kapitalının üsyançılara veriləcəyinə ümid edir (Yenilənib)
ABŞ Liviyanın dondurulmuş kapitalının üsyançılara veriləcəyinə ümid edir (Yenilənib)

Aprel ayında ABŞ rəsmiləri Liviya üsyançılarına 25 milyon dollara qədər pul verilməsinə dair qərar qəbul ediblər

Obama Administrasiyası Liviyanın dondurulmuş 30 milyard dollar həcmində kapitalının Liviya üsyançılarına kömək məqsədi ilə veriləcəyinə ümid bəsləyir. ABŞ dövlət katibi Hillari Klinton plan haqda açıqlamanı bu gün Romada keçirilən Liviya böhranına dair beynəlxalq görüşdə elan edib.

O, 22 ölkə üzvinə Ağ Evin Müəmmər Qəzzafinin və onun hökumətinin kapitalından Liviya ictimayyətinə kömək etmək məqsədi ilə istifadəsinə dair ölkə qanunlarını nəzərdən keçirəcəyini bildirib.

ABŞ bu yaxınlarda liviyalılara yardım etmək üçün yeni addımlar atıb. Aprel ayında ABŞ rəsmiləri Liviya üsyançılarına yardım məqsədi ilə 25 milyon dollara qədər pul verilməsinə dair qərar qəbul ediblər.

XS
SM
MD
LG