Accessibility links

ABŞ-ın pilotsuz təyyarəsi Liviyada raket hücumları keçirməyə başlayıb(YENİLƏNİB)


Misrata 23 aprel 2011
Misrata 23 aprel 2011

Birləşmiş Ştatların pilotsuz idarə olunan Predator təyyarəsi Liviyada ilk raket hücumları həyata keçirib. ABŞ Müdafiə nazirliyi pilotsuz idarə olunan təyyarədən raket hücumunun şənbə günü keçirildiyini bildirib, lakin onun yeri barədə məlumat verməyib. Raket hücumu NATO-nun başçılığı ilə Liviyada uçuşlara qadağa zonası yaratmaq səylərinin bir hissədir. NATO bu gün bir qədər əvvəl Liviya lideri Müəmmər Qəzzafinin Tripolidəki qərargahına yaxın yerləri bombardman edib.Yaralananlar barədə məlumat verilməyib.

Ölkənin qərbində yerləşən Misrata şəhərində üsyançılar Qəzzafi tərəfdarları ilə döyüşlərdə 15 nəfərin həlak olduğunu bildirib. Bununla belə, üsyançılar Qəzzafi tərəfdarlarının şəhəri tərk etdiyini deyir.

XS
SM
MD
LG