Accessibility links

Liviya üsyançıları Zəviyyə şəhərinin şəhərinə nəzarət etdiklərini bildirir (YENİLƏNİB)

  • Amerikanın səsi

Liviya üsyançıları Zəviyyə şəhərinin şəhərinə nəzarət etdiklərini bildirir (YENİLƏNİB)

Liviya üsyançıları Zəviyyə şəhərinin şəhərinə nəzarət etdiklərini bildirir (YENİLƏNİB)

Liviya üsyançıları paytaxt Tripolinin 50 kilometrliyində yerləşən strateji Zəviyyə şəhərinin nəzarətini ələ keçirdiklərini bildirir, Liviya hökuməti bu iddiaları rədd edir. Üsyançıların sözlərinə görə, Liviya lideri Müəmmar Qəzzafiyə sadiq qüvvələrlə şiddətli toqquşmalara baxmayaraq, onlar liman şəhəri olan Zəviyyənin qərb hissələrində irəliləməyə davam edir.

Bazar günü televiziyada üsyançıların Qəzzafidən əvvəlki dövrə aid bayraqları dalğalandırdığı və havaya atəş açaraq qələbəni təntənə etdiyini göstərilən kadrlar nümayiş etdirilib. Bununla belə, Liviya hökumətinin sözçüsü Musa İbrahim hökumətin şəhərə nəzarət etdiyini bildirib. Onun sözlərinə görə, hökumət tərəfdarı qüvvələr üsyançıların kiçik qrupunun qarşısını alaraq, onları məğlub edib.

Zəviyyə şəhərinin nəzarəti bir neçə dəfə bir tərəfdən o biri tərəfə keçib. Fevral ayında hökumət əleyhinə üsyan başlayandan az sonra cənab Qəzzafiyə qarşı üsyanın qalxdığı ilk şəhərlərdən biri olub.

Zəviyyə Tripoli və Tunislə sərhəd arasında əsas şosse yolu üzərində yerləşir. Üsyançıların Zəviyyənin nəzarətini ələ keçirməsi Tripolini əsas tıchizat yollarından məhrum etmək demək olacaq. Müzalif qüvvələrin döyüşçüləri cənab Qəzzafinin hakimiyyətdən getməsinı nail olmaq üçün NATO-nun hava hücumlarının köməyi ilə fevral ayından hərbi əməliyyatlar aparır.

XS
SM
MD
LG