Accessibility links

Beynəlxalq tribunal Liviya liderinin həbsinə dair qərar çıxarıb

  • Amerikanın səsi

Beynəlxalq tribunal Liviya liderinin həbsinə dair qərar çıxarıb

Beynəlxalq tribunal Liviya liderinin həbsinə dair qərar çıxarıb

Beynəlxalq tribunal müharibə cinayətləri ittihamları ilə Liviya lideri Müəmmar Qəzzafi və onun iki ən yaxın hərbi müttəfiqinin həbsi ilə əlaqədar order verib. Qərar məhkəmədə prokuror Luis Moreno-Okampnun cənab Qəzzafi, onun oğlu Seyf əl-İslam və Liviya kəşfiyyat idarəsinin rəhbəri Abdulla əl-Senussinin həbsilə əlaqədar orderin verilməsinə dair müraciətindən sonra çıxarılıb. Moreno-Okampo deyib ki, cənab Qəzzafi və onun hökuməti nümayişçilərə hücum etmək və snayeperlərə məscidlərdən çıxan mülki vətəndaşlara atəş açmaq kimi əmrlər verib. Bu arada, paytaxt Tripolidə şahidlər iki dəfə partlayış səsləri eşidildiyini və cənab Qəzzafinin Bəb əl-Əziziyyə qərargahının yaxınlığında tüstü qalxdığını bildiriblər.

XS
SM
MD
LG